— Şist neft-qazı (shale gas) mənbələrinin kəşfi gələcəyin energetik problem-
lərini həll edə biləcək, yoxsa əlavə ekoloji problemlər yaradacaq?
— Siyasi liderlər hansı strategiyalara üstünlük verəcək?
— Neftli qumlar gələcəyin energetika strukturunda hansı rolu oynayacaq?
— Bərpaolunan enerji mənbələri nə zaman rəqabətədavamlı olacaq?
Roma Klubunun əhəmiyyətini qiymətləndirərkən onu da qeyd etmək lazım-
dır ki, məhz bu hesabatlar sayəsində beynəlxalq ictimaiyyət ekoloji problemlərin
qlobal xarakterə malik olması haqqında məlumatlar əldə etdi, vəziyyətin təsvirin-
dən problemlərin həlli yollarının axtarışına keçid edildi, əməkdaşlığın rəqabətdən
37
üstünlüyü dərk edildi (17).
Artıq XX əsrin sonunda dünya bu qənaətə gəldi ki, ətraf təbii mühiti müha-
fizə etmədən iqtisadiyyatın sonrakı inkişafı mümkün deyil. Eyni zamanda, iqtisa-
diyyatı inkişaf etdirmədən ətraf mühiti mühafizə etmək olmaz. İqtisadiyyatla
ekologiyanın bir-biri ilə qarşılıqlı əlaqəsi yeni ekoloji konsepsiyanın əsasını qoydu.
Bu konsepsiyanı inkişaf etdirmək məqsədilə 1992-ci ildə 180 dövlətin iştirakı ilə
BMT-nin dövlət və hökumət rəhbərləri səviyyəsində «Ətraf mühit və inkişaf»
mövzusunda Beynəlxalq Konfrans təşkil edildi.
Davamlı inkişaf mövzusu konfransın əsas qayəsi oldu. Bu termin ilk dəfə
Qru Harlemin (Gro Harlem Brundtland) BMT-nin ətraf mühitin mühafizəsi və
inkişafı üzrə Ümumdünya Komissiyasındakı məruzəsində yer aldı (1987). O,
sivilizasiyanın inkişafının yeni modelinin – davamlı inkişaf modelinin qurulması-
nın zəruriliyinin vurğuladı. Bu model indiki nəslin tələbatlarının ödənilməsində
gələcək nəslin də hüquqlarını nəzərə alan tərəqqi və irəliyə doğru hərəkətini
nəzərdə tutur. Modelə görə, sosial-iqtisali və ekoloji məsələləri qarşılıqlı, balanslı
şəkildə həll etməklə bu məqsədlərə çatmaq mümkündür.
Davamlı inkişaf aşağıdakı müddəalara əsaslanır:
1. İnsanların təbiətlə harmonik sağlam və məhsuldar həyata malik olmaq
hüququnun olması;
2. Ətraf mühitin mühafizəsinin inkişafın ayrılmaz tərkib hissəsi olması;
3. İndiki və gələcək nəsillərin əlverişli ətraf mühitə olan tələblərinin ödənil-
məsi;
4. Dünya xalqları arasında, hər bir ölkədə yoxsullarla varlıların həyat səviy-
yəsi arasındakı fərqin azaldılması;
5. Təbiəti mühafizə haqqında qanunvericiliyin təkmilləşdirilməsi;
6. Davamlı inkişafa uyğun olmayan istehsal və istehlakın inkişafının dayan-
dırılması;
7. Uzunmüddətli ekoloji problemlərin diqqətə çəkilməsi və qarşısının alın-
ması;
38
8. Əhalinin təhsil səviyyəsinin yüksəldilməsi;
9. Ekoloji dünyagörüşün aşılanması.
İştirakçılar əsasən aşağıdakı müddəalara xüsusi yer verib:
1. Yeni qlobal inkişaf modelinin işlənib hazırlanmasının vacib şərt və mə-
nəvi öhdəlik olması. Elə bir model ki, orada hər kəsin rifahı və ətraf mühitin müha-
fizəsi anlayışları eyni məna kəsb etsin.
2. Sosial ədalət olmayan cəmiyyətdə ekoloji təşlükəsizliyi təmin etmək
mümkün deyil.
3. Bu yolda əsas problemlər aşağıdakılardır: a). inkişaf etmiş ölkələrdəki
ifrat istehsal və ifrat istehlakın təsirilə Yerdəki həyatı təmin edən təbii sistemin
dağılması; b) inkişaf etməkdə olan ölklərdə əhalinin artım tempinin partlayış
xarakterli olması; c). varlılarla yoxsullar arasında fərqin güclənməsi.
4. İqtisadi inkişafın sonsuz artımının proqress sayılması və buna yol veril-
məməsi. İnkişafda olan ölkələrin əhalisi planet sakinlərinin ¾ hissəsini təşkil etdiyi
halda iqtisadi nemətlərin 1/3-dən istifadə edir. Bu dizbalans ekoloji və iqtisadif
dayanıqsızlığa səbəb olmaqla həm varlılar, həm də kasıblar üçün təhlükələr yara-
dır.
Davamlı inkişafın prinsipləri mövcud resursların dayanıqlı şəkildə mühafi-
zəsi və istifadəsini, uzunmüddətli menecmenti, insana, onun sosial tələbatlarına,
təbii resurslara investisiyalar etməyi nəzərdə tutur.
«Davamlı inkişaf» mürəkkəb anlayış olub özündə aşağıdakı müddəaları
ehtiva edir (Şəkil 2.3.):
— Sosial bərabərlik (ədalət) əhalinin ərzaq məhsulları, səhiyyə, təhsil kimi
müxtəlif və əsas tələbatlarının ödənilməsini prioritet məsələ hesab edir.
— İqtisadi effektivlik əhalinin rifahının artmasına xidmət edir. Buradakı
əsas hədəflər iqtisadi inkişaf tempinə nail olmaq, bu tempi saxlamaq, gəlirləri
artırmaq və yeni bazarlar əldə etməkdir. Qloballaşma iqtisadi tərəqqiyə yeni ahəng
verdi.
— Ətraf mühitə qayğı (cavabdehlik) ekoloji sistemlərin funksiyalarının
39
qorunmasına hörmətlə yanaşmağı tələb edir.
Baxmayaraq ki, davamlı inkişaf 150 parametr əsasında qiymətləndirilir,
onların içərisində ən əsas 5 göstərici qeyd edilir: energetika və atmosfer havasının
göstəriciləri; su, materiallar və tullantılar; torpaq və bioloji müxtəliflik; nəqliyyat
və abadlıq; insan sağlamlığı və rahatlıqları (22).
Şəkil 2.3. Davamlı inkişafın əsas göstəriciləri.
İnsan cəmiyyətinin inkişafı limit həddinə çatmışdır. Bundan sonrakı siyasət
artıq fərqli olmalıdır. Məsələn, qızğın silahlanmaların qarşısının alınması nəticə-
sində əldə edilmiş vəsaiti ümumi kollektiv təhlükəsizlik məsələlərinə – ekoloji
təhlükəsizlik problemlərinə yönəltmək mümkündür. Problemlərin əksəriyyətinin
planetar xarakterli olduğunun dərk edilməsinə baxmayaraq hər bir ölkənin öz milli
maraqları mövcuddur. Ölkələr qlobal böhran şəraitində belə, bu maraqlardan
imtina edə bilmir. Məsələn, iqlim və bioloji müxtəliflik haqqındakı konvensiyalar
müzakirə edilərkən ABŞ nümayəndələri xüsusi mövqe tutdular. Çünki təklif edilən
həll yolu onların dövlətinin iqtisadi maraqlarına zidd idi. Tədqiqatlar göstərir ki,
Kioto Protokolu tətbiq edilərsə bu, istehsal qüvvələrinin zəifləməsinə, benzinin və
elektrik enerjisinin, malların qiymətlərinin əhəmiyyətli dərəcədə qalxmasına və
Davamlı inkişaf
Sosial bərabərlik
İqtisadi effektivlik
Ətraf mühitə qayğı
Həyat təhlükəsizliyi
Bərabər imkanlar
Sosial həmrəylik
Beynəlxalq birgə məsuliyyət
İnsan kapitalına dəstək
İqtisadi inkişaf
Effektivlik və
rəqabətədavamlılıq
Çeviklik və stabillik
Məhsul/İstehlak
Məşğulluq
Beynəlxalq ticarət
Resurslardan istifadə
Materiallar və tulantılar
Risklər
Sürətli dəyişikliklər
Təbii
və
mədəni
landşaftlar
40
nəticədə, iqtisadi inkişaf tempinin zəifləməsinə səbəb olacaq. Tullantı qazlarının
miqdarının azaldılması bir çox zavodların müflis olması, nəticədə, işsizliyin
artması və sosial sarsıntılarla nəticələnəcək. Məhz bu səbəbdən RF, Yaponiya və
Yeni Zelandiya Protokolun müddəalarına əməl etmir, ABŞ isə ümumiyyətlə onu
ratifiyasiya etməyib. Onlar hesab edirlər ki, iqlimin qorunub saxlanmasına Kioto
Protokolunda nəzərdə tutulduğu kimi, atmosferə atılan istixana qazlarının miqda-
rının azaldılması ilə deyil, müasir texnologiyaların inkişaf etdirilməsi ilə nail
olmaq olar.
Qlobal konsensus prinsipləri haqqında Deklarasiya və Bəyannamə dövlət-
lərin davamlı inkişaf üzrə öhdəliklərinin əsas prinsiplərini elan etdi. Bu prinsiplər
davamlı inkişafa doğru irəliləyişin mahiyyət və hədəflərini, milli və bəşəri maraq-
ların razılaşdırılmasının zəruriliyini, dövlətin və əhalinin müxtəlif təbəqələrinin
rolunu açıqlayan tövsiyə xarakterli 27 prinsipdən ibarətdir. Burada insanların
təbiətlə harmonik münasibət şəraitində sağlam və məhsuldar həyat hüququna ma-
lik olduqları, lakin gələcək nəsillərin də bu hüququnun qorunmasının vacibliyi,
davamlı inkişafın ümumi inkişafın tərkib hissəsi olduğu, dövlətlərin ekosistemlərin
sağlamlığı və tamlığı uğrunda əməkdaşlıq etdikləri, davamlı inkişaf prosesində
qadınların iştirakının vacibliyi və s. müddəalar səsləndirilir. Deklarasiyada həmçi-
nin beynəlxalq elmi əməkdaşlığın, elmi tədqiqatların nəticələrinin istifadə edilməsi
və yenim texnologiyaların təşviqi məsələləri də qeyd edilir.
Hal-hazırda Ermənistan Respublikası Azərbaycana qarşı ekosid siyasəti
aparmaqdadır. Müxtəlif kimya və mədən sənayesinin zəhərli tullantılarının, Metsa-
mor AES-in radioaktiv tullantılarının, iri şəhərlərin sənaye sularının və məişət
çirkablarının birbaşa Araz çayına axıdılması buna misaldır.
Digər tərəfdən, işğal olunmuş ərazilərdəki meşələrin kütləvi surətdə qırıl-
ması meşə ekosistemlərinin bioloji müxtəlifliyinin böyük miqyaslı məhvinə, iri
torpaq eroziyalarına və torpaqların məhsuldarlığının azalmasına səbəb olur. İşğal
olunmuş ərazilər tmamilə nəzarətdən kənarda qalaraq ekoloji təhlükə mənbəyinə
çevrilmişdir.
41
Ekosid (ecocide) – bitki və heyvanat aləminin kütləvi surətdə məhv
edilməsi, atmosferin və ya su resurslarının zəhərlənməsi və ya ekoloji fəlakətlərə
səbəb olan digər hərəkətlərə deyilir. Bir çox ölkələrin cinayət məcəllələrinə əsasən,
bu tip hərəkətlər 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə isə cəzalandırılır.
Azərbaycanın təbiəti və onun sərvətləri Azərbaycan xalqının milli sərvəti
olub, onun davamlı sosial-iqtisadi inkişafının və rifahının təbii bazasıdır. «Ekoloji
təhlükəsizlik haqqında» qanunda bildirilir ki, hər bir vətəndaş öz sağlamlığını eko-
loji təhlükələrdən (təsərrüfat və ya digər fəaliyyətlər, qəzalar, fəlakətlər nəticəsində
ətraf təbii mühitin zərərli təsiri) qorumaq hüququna malikdir. Bu hüquqları müda-
fiə etmək məqsədilə ölkəmizdə ətraf təbii mühitin keyfiyyətini təyini edən para-
metrlər müəyyənləşdirilmişdir. Ətraf təbii mühitə təsirin zərərsiz həddinin nor-
maları əhalinin ekoloji təhlükəsizliyini və geneetik fondunun qorunmasını təmin
edir, təsərrüfat fəaliyyətinin davamlı inkişafı şəraitində təbii sərvətlərin davamlı
istifadəsinə və bərpasına şərait yaradır.
Ekosidin ictimai təhlükəsi ondan ibraətdir ki, bu cinayət tərkibinin təsiri bit-
ki və heyvanat aləminə, insanın həyatı və fəaliyyətinin təbii özülü olan ətraf təbii
mühitə, ölkənin və cəmiyyətin davamlı sosial-iqtisadi inkişafına, xalqların geno-
fondunun qorunmasına çox böyük ziyanlar vurur.
Rio Deklarasiyasının digər mühüm cəhəti odur ki, burada ilk dəfə olaraq
dünya inkişafının və ətraf mühitin mühafizəsinin bir-biri ilə bağlılığı və ayrılmaz
olduğu elan edildi. Deklarasiyada, həmçinin, ətraf mühitin mühafizəsi fəaliyyətinin
və davamlı inkişaf konsepsiyasının reallaşdırılmasının dövlət siyasəti və beynəl-
xalq siyasət səviyyəsinə keçirilməsinin zəruriliyi qeyd edildi. Lakin əsas strateji
proqramm sənədi Gündəlik 21 sənədi oldu (1992).
Gündəlik 21 – Ətraf mühit və inkişaf haqqında Deklarasiyanın əsas hədəf-
lərinə həsr edilmiş sənəddir. Bu sənəd sivilizasiyanın XXI əsrin astanasında
üzləşdiyi problemlərin həllinə, dünya ictimaiyyətinin hazırlanmasına yönəlmiş
superproqramdır. XXI əsrin gündəliyi bəşəriyyətin tarixdə özünün həlledici döv-
rünü yaşadığını qeyd edir. Təbiətlə sivilizasiyanın inkişaf səviyyəsi arasındakı
42
ziddiyyət özünün ən yüksək həddinə çatmışdır. Sənəd 500 səhifədən o cümlədən 4
hissə, 40 bölmədən ibarətdir.
Birinci hissə sosial və iqtisadi aspektlərdən bəhs edir. Buradakı bölmələr
yoxsulluqla mübarizə, istehlak strukturunun dəyişdirilməsi, əhalinin artım dinami-
kası, insan sağlamlığının mühafizəsi və s. məsələlərə həsr edilmişdir.
İkinci hissə resursların mühafizəsi və rasional istifadəsi məsələlərini araşdı-
rır. Burada atmosferin mühafizəsi, torpaq resurslarından istifadə, meşəsizləşmə,
səhralaşma və quraqlığa qarşı mübarizə, dağ rayonlarının mühafizəsi, kənd təsər-
rüfatı, bioloji müxtəlifliyin mühafizəsi, biotexnologiyadan təhlükəsiz istifadə, də-
nizlər və dəniz canlılarının mühafizəsi, içməli suyun keyfiyyətinin qorunub saxlan-
ması, toksiki və təhlükəli məhsulların qanunsuz dövriyyəsinin qarşısının alınması,
radioaktiv və digər təhlükəli tullantıların zərərsizləşdirilməsi, çirkab sularının
təmizlənməsi problemləri araşdırılır.
Üçüncü hissə əhalinin əsas təbəqəsinin XXI əsr proqramm hədəflərinin
həyata keçirilməsinə cəlb edilməsinin gücləndirilməsi təkliflərindən ibarətdir.
Burada qeyd edilir ki, bütün proqramların effektiv icrası bu tədbirlərdə qadınların,
gənclərin, uşaqların, yerli xalqların, qeyri-hökümət təşkilatlarının, həmkarlar itti-
faqlarının, sahibkarların, fermerlərin, alimlərin aktiv iştirakından asılıdır.
Dördüncü hissədə proqramın həyata keçirilməsi yolları təklif edilir: maliyyə
resursları və mexanizimləri; ekoloji təhlükəsiz texnologiyalar; elmin inkişafı; əha-
linin maarifləndirilməsi və kadrların hazırlanması; inkişaf etməkdə olan ölkələrə
yardım; beynəlxalq təşkilati mexanizmlər və hüquqi sənədlər; inormasiya sistem-
lərinin vacbliyi qeyd edilir.
Rio+20 (Rio-deJaneyro, 2012) görüşündə iqtisadiyyat, davamlı inkişaf və
yoxsulluğun aradan qaldırılması kimi problemlər yenidən müzakirə edildi. İştirak-
çılar bir daha Gündəlik 21 sənədinə sadiq qaldıqlarını bildirməklə yanaşı, bəzi mə-
sələlərə yenidən baxdılar. Nəticədə 283 bənddən ibarət yeni «İstədiymiz gələcək»
(«The Future We Want») sənədi imzalandı, Sənəddə sonrakı inteqrasiya, yeni
yaranmış çağırışların nəzərdən keçirilməsinin vacibliyi bildirildi, planetdə hələ də
43
hər beşinci insanın (1 milyarddan çox) ifrat yoxsulluq şəraitində yaşadığı, hər yed-
dinci insanın (14%) aclıqdan əziyyət çəkdiyi, bəşəriyyətin hələ də pandemiyalar və
epidemiyalar kimi səhiyyə problemləri qarşısında acizliyi, xüsusilə gənclər arasın-
da işsizliyin yüksək səviyyəsi, iqlim dəyişmələrinin neqativ təsirləri təəssüflə qeyd
edildi. Proqnozlara görə, planetin əhalisinin 2050-ci ildə 9 milyarddan çox olacağı,
əhalinin təxminən üçdə iki hissəsinin şəhərlərdə yaşayacağı şəraitdə davamlı inki-
şafın məqsədlərinə çatmaq üçün bütün səylərin gücləndirilməsi, inkişaf etməkdə
olan ölkələrə yardımların artırılması, davamlı inkişafın hər 3 komponentinin daha
da möhkəmləndirilməsi, ölkələrdə «yaşıl» iqtisadiyyat siyasətinin təşviq edilməsi
tövsiyə edildi.
Yoxsulluğun ləğvi, ərzaq təhlükəsizliyi, qida və kənd təsərrüfatının davamlı
təşkili, su təchizatı və sanitar məsələlər, energetika, davamlı turizm, ekoloji təhlü-
kəsiz nəqliyyat vasitələri, ekoloji damlı şəhərlər və yaşayış məntəqələri, səhiyyə,
hamının tam məşğulluq və ləyaqətli iş yeri ilə təmin olunmasına kömək etmək
kimi problemlər fəaliyyətlərin çərçivə proqramlarına daxil edildi (17,22).
Bu proqramm sənədləri və növbəti beynəlxalq forumlar əsasında AİB, Şərqi
Avropa ölkələri, ABŞ, Kanada və digər ölkələr özlərinin davamlı inkişafa keçid
konsepsiyalarını hazırladılar və ətraf mühitin mühafizəsi üzrə milli proqramlar
qəbul etdilər.
Dostları ilə paylaş: |