Dairəvi iqtisadiyyat
Şəkil 2.1. «Xətti» və «dövri» iqtisadiyyatların struktur sxemləri (22)
Müəlliflərin fikrincə, müxtəlif ölkələrin vətəndaşlarını və siyasi liderlərini
inandırmaq lazımdır ki, milli məqsədlərin bəşəri məqsədlərə uyğunlaşdırılması bu
ölkələrin maraqlarına xidmət edir.
Resursların
çıxarılması
İstehsalın maksimizasiyası
(maddələr axını
maksimallaşdırılır)
İstehlakın
maksimizasiyası
Tullantıların böqük hissəsi
təkrar istifadə edilir
İnsanların əsas tələbatlarını ödəyən
yüksək keyfiyyətli mallara
üstünlüyün verilməsi (maddələrin
axınının minimal həddi)
Resursların
çıxarılması
İstehlak əsas tələbatlara və həyatın
ekoloji keyfiyyətinin yüksəldilməsinə
yönəldili
33
Onlar hesab edirdilər ki, qızğın silahlanmanın zəiflədilməsi həyati vacib
əhəmiyyət daşıyır. Çünki bu məqsədlərə sərf edilən vəsait bütün ölkələrin yaşamaq
naminə həmrəyliyi üçün yönəldiləcək səyləri, pul vəsaitləri və enerji imkanlarını
azaldır. Nəzərə almaq lazımdır ki, təbii sistemlər belə hallarda rəqabətdən mutual-
lizmə keçir.
«Bəşəriyyətin hədəfləri» («Goals for Mankind») adlanan dördüncü hesabat
1977- ci ildə hazırlanıb. Hesabat iki fundamental suala həsr edilib: bəşəriyyətin
əsas hədəfləri nədən ibarətdir və insanlar ətraf mühitin keyfiyyətlərinə deyil, maddi
rifaha üstünlük verməyə razıdırlarmı? Burada söhbət ondan gedir ki, bəşəriyyət
ətraf mühitə ziyan vurmamaq şərti ilə öz elmi-texniki gücünü insanların maddi
rifahına sərf etmək əzmindədirmi? Əgər belədirsə, onda gələcək nəslin varlığı
xatirinə bir sıra arzulardan imtina etmək lazımdır.
Milli və qlobal maraqlar arasındakı uyğunluq 0 bal (səylər yalnız milli ma-
raqlara yönəlir) ilə 10 bal (bütün səylər qlobal problemlərin həllinə yönəlir)
intervalında qiymətlənlirildi. Bu zaman işgüzar dairələr, hökumət, siyasət adam-
ları, intellektual və dini cəmiyyətlərin fəaliyyəti bu şkala ilə ayrıca qiymətlən-
dirildi. Cədvəl 2.2.-də bəzi ölkələr üçün bu uyğunluq dərəcəsi verilmişdir.
Cədvəl 2.2.
Milli maraqların qlobal hədəflərlə uyğunluq dərəcəsi
Ölkələr Qiymətləndirmə, bal
Belçika 3,7
Braziliya 4,0
ABŞ 4,0
Səudiyyə Ərəbistanı 4,2
Hindistan 4,3
Misir 4,6
İsveç 4,6
Kanada 4,7
Niderland 4,7
34
Pakistan 4,7
Yaponiya 5,5
Əlcəzair 6,4
Qana 6,5
Çin 7,0
1978-1980-ci illəri əhatə edən sonrakı hesabatlar tullantıların idarə edilməsi,
enerjidən istifadə, yüksək rifaha çatmağın yolları kimi ayrı-ayrı problemlərə həsr
edilmişdir.
«Öyrənməyin hüdudu yoxdur» («No limits to learning») adlanan 1980-ci il
hesabatında mikro və makrotəhsil məsələlərinə toxunurlar. Burada mikrotəhsil
deyərkən hal-hazırda dünyada geniş yayılmış ayrı-ayrı insanların fərdi peşəkar
təhsili nəzərdə tutulur. İnsan ictimai həyatda elə iştirak etməlidir ki, şəxsiyyətin
hüquqları ilə bəşəriyyətin gələcəyi qarşısındakı cavabdehliyin üzvi vəhdəti, hər bir
şəxsin sərbəst inkişafı ilə bütün insanların vahid cəmiyyətdə humanist dəyərlər
ətrafında inteqrasiyası təmin edilsin.
Roma Klubunun Yorgen Randersin rəhbərliyi ilə hazırlanmış «2052 –
gələcəyin yaxın 40 il ərzindəki ssenarisi» («2052 – A Global Forecast for the Next
Forty Years») adlı sonuncu hesabatında iqlim dəyişmələrinin kəskin artacağı, dün-
ya ümumdaxili məhsulunun artım tempinin azalacağı, inkişaf etməkdə olan ölkə-
lərdə yoxsulluq səviyyəsinin azalacağı, inkişaf etmiş ölkələrdə bərabərsizliyin arta-
cağı, iqtisadiyyatın durğunluğu qeyd edilir. Proqnozlardan biri də planetin əhalisi-
nin artım tempi haqqındadı. Müəlliflərin fikrincə, dünya əhalisinin sayı əvvəllər
təsvir edildiyi templə artmayacaq. Proqnoza görə, əhalinin sayı 2042-ci ilə qədər
əlavə 1 mlrd. artaraq özünün pik həddinə – 8.1. milyarda çatdıqdan sonra dayana-
caq.
Keçən əsrin 80-ci illərinin əvvəllərində dünyanın gələcək inkişafı haqqında
10-dan çox irimiqyaslı model yaradılmışdı.
İnkişafın Qlobal Modelləri dünyanın fiziki və sosial-iqtisadi sistemlərinin ri-
35
yazi imtisayasını verir, verilmiş göstəricilər əsasında gələcəyi proqnozlaşdırır.
Bundan əlavə, resurslar və əhalinin sayının nəzərə alınmadığı sosial-iqtisadi mo-
dellər də mövcuddur.
Bu modeldə hesab edilir ki, «yüksəliş» və «enerji mənbələrinin və digər
resursların tükənməsi nəticəsində baş verir. Qida və sənaye məhsullarının miqdarı
o vaxta qədər eksponensial artır ki, resursların tükənməsi sənayenin inkişafını
ləngidir. Sənayenin pik həddini aşmasına baxmayaraq, əhalinin sayı və mühitin
çirklənməsi hələ müəyyən müddət artacaq. Sonra ölümün artması və iqtisadi böh-
ran nəticəsində əhalinin sayının artması və çirklənmələr tədricən azalmağa
başlayacaq.
Bütün modellər ona əsaslanır ki, bədbəxtliklərin hamısının əsasında təkcə
resursların çatışmazlığı və əhalinin kəskin artımı deyil, həm də siyasi, sosial və
iqtisadi bərabərsizliklər durur. Konsepsiyalar və modellər arasındakı bir sıra
fərqlərə baxmayaraq mütəxəssislər bəzi ümumi nəticələri qeyd edirlər (22).
1. Texnoloji proqress arzuolunan və həyati vacibdir, lakin bu zaman adekvat
sosial, iqtisadi və siyasi dəyişikliklər vacibdir;
2. Planetdə əhalinin məskunlaşması və resurslar sonsuz arta bilməz;
3. Dünya ictimaiyyətinin planetin tutumu, əhali artımı və texniki proqresə
qarşı biosferin dözümü haqqında etibarlı və hərtərəfli məlumatı yoxdur. Lakin
iqtisali inkişaf tempinin azaldılması ekoloji ölümün qarşısını ala bilər;
4. İnkişaf etmiş ölkələrin iqtisadi yolunu izləyərkən aydın olur ki, bu zaman
həyatın keyfiyyəti artmır, əksinə, arzuolunmaz ziddiyyətlər çoxalır. Yaranan
problemlərin çox az hissəsi həll olunur;
5. İnkişaf etmiş ölkələrdə hər bir nəfərə düşən enerjidən istifadənin ifrat
səviyyədə artması cəmiyyətin sabitliyinin təmin olunmasını bahalaşdırır;
6. Uzunmüddətli əməkdaşlıq hamı üçün daha sərfəlidir, nəinki rəqabət
siyasəti;
7. Bütün qərarlar qlobal yanaşma kontekstində qəbul edilməlidir. Yalnız dar
milli maraqların həllinə yönəlmiş fəaliyyətlər səmərəsiz olacaq. Çünki xalqlar,
36
ölkələr, ətraf mühit təsəvvür edildiyindən daha sıx əlaqələrlə bir-birinə bağlıdır.
Beynəlxalq əməkdaşlıq obyektiv zərurətdir;
8. Qlobal nizamın gələcəyi inkişafın arzuolunmaz səylərindən çox asılıdır.
Stabil, harmonik cəmiyyət quruculuğu istehlakçı təfəkküründə inqilabi
dəyişikliklər edərək onun yenidən qurulmasını, səriştəli rəhbərlik və insanların
yüksək maariflənmə səviyyəsini tələb edir.
Ekoloji dünyagörüşün təkamülü cəmiyyətin ekoloji maraqlarını pozmayan
balanslaşdırılmış iqtisadi inkişaf konsepsiyasının möhkmələnməsinə səbəb oldu.
Roma Klubunun hesabatlarını yekunlaşdıraraq aşağıdakıları qeyd etmək
olar:
Mühüm hadisə olan «İnkişafın yuxarı həddi» hesabatında Roma Klubu
sosial, ekoloji və iqtisadi amillərin qarşılıqlı əlaqəsinin gələcək münasibətlərini
proqnozlaşdırmaq üçün ilk dəfə mürəkkəb riyazi modelləşdirmələrdən istifadə etdi.
Hesabatın əsas tezisi ondan ibarət idi ki, bərpa olunmayan enerji mənbələrinin tü-
kənməsi 2015-ci ildə digər amillərə kəskin təsir edəcək, ərzaq və dünya sənaye
istehsalı azalaraq əhalinin artım tempinə təsir edəcək. Buradan mühüm bir nəticə
çıxır. Bu ssenarinin özünü doğrultmaması mürəkkəb proqnozlar üçün etibarlı sse-
narilərin verilməsinin nə qədər çətin olduğunu göstərdi. İnsanlar hesabatdakı proq-
nozdan fərqli olaraq daha bacarıqlı olaraq yeni şəraitdə daha yaxşı uyğunlaşdılar.
Yeni tədqiqatlar isə qarşıya çox mürəkkəb suallar qoyurdu
Dostları ilə paylaş: |