Bu qanaxmaların təhlükə dərəcəsidə eyni ardıcıllıqla müəyyən edilir.Sonuncu
qrup bir o qədər təhlükəli olmasada,1 və 2 qrup xüsusilə arterial qanaxma həyat
həyatını itirə bilər.Mühafizəçi bu kimi halla rastlaşarsa,əl altı vasitələrdən isti-
bağlamalı və təcili tibbi yardım çağırmalıdır.Çalışmaq lazımdır ki,zərərçəkmiş
10. Travmalar zamanı möhkəm və yümşaq sarğılardan istifadə olunur.Sarğı-
10. lar zədə almış sahənin hərəkətini minimuma endirmək üçündür.Çünki travma
yerinin hərəkətdə olması dözülməz ağrılara səbəb olurki,bu ağrıda da şok halına
düşməyə səbəb ola bilər.
Açıq sahədə,çöl şəraitində xidmət aparan mühafizəçilər ilan və yaxud digər
zəhərli həşəratlarn sancma hadisəsi ilə üzləşə bilərlər.Belə halda yara nahiyəsini
dezinfeksiya etməli,zərərçəkmiş şəxsin hərəkətsiz qalmasını təmin etməli,(hərəkət
zamanı qan dövranı tezləşir,bu da zəhərin bədənə tez yayılmasına səbəb olur)
və dərhal tibb məntəqəsinə çatdırılmasını təmin etməlidir.Yara yerini kəsmək,
bağlamaq və yaxud ora başqa müdaxilə etmək olmaz.
HÜQUQ HAZRLIĞI:
Azpərbaycan Respublikası inzibati xətalar qanunvericiliyinin vəzifələri:
Az.Res.inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş
hüquqlrını,onların sağlamlığını,içtimai qaydanı və içtimai təhlükə,ətraf mühiti,
idarəçilik qaydalarını qorumaqdan,qanunçuluğu möhkəmləndirməkdən və inzibati
xətaların qarşısını almaqdan ibarətdir.
İnzibati məsuliyyətin əsasları:
Yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli
hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli
(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.
İnzibati xətalar qanunvericiliyinin prinsipləri:
Bu məcəllə ilə insan və vətəndaş hüquqlarına hörmət edilməsi,qanunçuluq,
qanun qarşısında bərabərlik,təqsirsizlik prezumpsyası,ədalətlilik və inzibati
xətaların qarşısının alınması prinsiplərinə əsaslanır.
Qanun qarşısında bərabərlik prinsipi:
İnzibati xəta törətmiş şəxslər irqindən,milliyətindən,dinindən,dilindən,
cinsindən,mənşəyindən,əmlak vəziyyətindən,qulluq mövqeyindən,əqidəsindən
və digər hallarından asılı olmayaraq qanun qarşısında bərabərdilər.Bu maddədə
nəzərdə tutulmuş əsaslara görə heç kəs inzibati məsuliyyətə cəlb oluna və inzibati
məsuliyyətdən azad oluna bilməz.
İnzibati xəta anlayışı:
Bu məcəllə ilə qorunan içtimai münasibətlərə qəsd edən,hüquqazidd olan,
təqsirli təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati
məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab
olunur.Bu məcəllənin xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati
məsuliyyət o halda yaranır ki,bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın.
Son zərurət:
Bu məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə
uyğun olsa da,son zərurət vəziyyətində,yəni şəxsin özünün və ya başqa şəxsin
həyatını,sağlamlığını və ya hüquqlarını,dövlətin və ya cəmiyyətin mənafeyini
qorxu altına alan təhlükəni aradan qaldırmaq üçün edilmiş hərəkət,əgər həminur
vəziyyətdə bu təhlükəni digər vasitə ilə aradan qaldırmaq mümkün
11. deyildirsə bə bu zaman son zərurət həddinin aşılmasına yol verilməmişdirsə,
bu inzibati xəta hesab olunmur.
Baş vermiş təhlükənin xarakterinə və dərəcəsinə,habelə həmin təhlükənin
aradan qaldırılması şəraitinə aşkar surətdə uyğun olmayan zərər vurulması və
vurulmuş zərərin qarşısı alınmış zərərə bərabər və ya ondan artıq olması son
zərurət həddini aşma sayılır.
Zəruri müdafiə:
Bu məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə
uyğun olsa da,zəruri müdafiə vəziyyətində,yəni özünü müdafiə edənin və ya
başqa şəxsin həyatına,sağlamləğına və ya hüquqlarına,dövlətin və ya cəmiy-
yətin mənafeyinə qəsd edənə zərər vurmaq yolu ilə hüquqazidd qəsddən
qruyarkən edilmiş hərəkət,zəruri müdafiə həddini aşmamışdırsa,inzibati
xəta hesab olunmur.Qəsdin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə
açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini
aşmaq hesab edilir.
Dostları ilə paylaş: