Endokrinologiya ixtisası üzrə nümunəvi test sualları
Bölmə 1. Hipotalamo-hipofizar sistemin xəstəlikləri
1) Akromeqaliyanın aktiv mərhələsi üçün aşağıdakı hansı əlamətlər xarakterik
deyil?
A) Yumşaq toxumanın hipertrofiyası
B) Qanda somatomedin C səviyyəsinin yüksəlməsi
C) Artropatiya
D) Karbohidrat mübadiləsinin pozulması
E) Qanda STH səviyyəsinin azalması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельниченко. Эндокринология. «Медицина»,
Москва, 2004
2) Serebral – hipofizar çatışmazlığa aşağıdakılardan hansı səbəb ola bilməz?
A) Meninqoensefalit
B)
Vərəm
C)
Şəkərli diabet
D)
Türk yəhərinin şişi
E) Qansızma ilə müşahidə olunan kəllə travması
Ədəbiyyat: И.И.Дедов, Г.А.Мельнишенко. Эндокринология. «Медицина»,
Москва, 2004