259) Orqanizmdə tiroid hormonların artıqlığı nəyə səbəb olur?
A) Zülal sintezinin artmasına və katabolizmin ləngiməsinə
B) Lipid sintezinin sürətlənməsinə
C) TTH sintezinin sürətlənməsinə
D) Katabolizmin sürətlənməsinə
E) İnsulinin aktivliyini artırır
Ədəbiyyat: Məmmədhəsənov R.M., Endokrinologiya, Bakı, 2006.
260) Qanda tiroqlobulinin təyini hansı diaqnostik məqsəd üçün istifadə edilir?
A) Birincili və ikincili hipotireozun differensial diaqnostikasında
B) Hamilələrdə hamiləliyin 3-cü trimestrində autoimmun Xaşimoto tireoiditi zamanı
C) Yaşlı xəstələrdə diffuz toksiki zoba şübhə olduqda
D) Strumektomiyadan sonra residiv metastazın əmələ gəlməsinin göstərən markeri
E) Zobun dərəcəsini müəyyən eləmək üçün