Piyəruna sıxani



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə1/136
tarix02.01.2022
ölçüsü1,36 Mb.
#45278
  1   2   3   4   5   6   7   8   9   ...   136
Azsayli xalqlarin folkloru II kitab



 
 

AZƏRBAYCAN MĠLLĠ ELMLƏR AKADEMĠYASI 
FOLKLOR ĠNSTĠTUTU 
____________________________________________
 
 
 
 
 
 
 
AZSAYLI XALQLARIN 
FOLKLORU 
 
II KĠTAB 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – 2017 
 


 
 

Layihənin rəhbəri: 
Muxtar Kazımoğlu (Ġmanov) 
      
 
 
AMEA- nın həqiqi üzvü 
 
Toplayıb, tərtib edən  
və ön sözün müəllifləri:   AtəĢ Əhmədli 
filologiya üzrə fəlsəfə doktoru 
DadaĢ Əliyev 
        
 
 
AMEA Folklor İnstitutunun  
doktorantı 
 
Redaktoru: 
   
Afaq Ramazanova 
filologiya üzrə fəlsəfə doktoru, 
dosent  
 
Rəyçilər:     
 
Gülsüm Hüseynova 
      
 
 
filologiya üzrə elmlər doktoru 
Mətanət Yaqubqızı 
       
 
 
filologiya üzrə fəlsəfə doktoru,  
dosent  
   
 
Mətnlərin tərcüməsi üzrə məsul Ģəxslər: 
1. Dadaş Əliyev (lahıc-tat dilindən)  
2. İldırım Məsimov (hapıt dilindən) 
3. Elsevər Məsimov (hapıt dilindən) 
4. Bəxtiyar Rəhimov (ləzgi dilindən) 
 
Azsaylı  xalqların  folkloru,  II  kitab,  Bakı,  Elm  və  təhsil, 
2017, -196 səh. 
 
Kitaba  İsmayıllı  rayonunda  yaşayan  lahıc  (tat),  ləzgi,  rus 
(molokan) və hapıtların folklor nümunələri daxil edilmişdir.  
    
 
folklor.az 
 
A
 4603000000 Qrifli nəşr 
     N-098-2017 
© Folklor İnstitutu 


 
 

ÖN SÖZ 
 
İsmayıllı rayon kimi rəsmən 1931-ci ildə təşkil edilmişdir. 
Həmin dövrə qədər isə bu ərazi (1867-ci ildən) Göyçay qəzasının 
tərkibində Bakı quberniyasının inzibati tabeliyində olmuşdur.  
Böyük Qafqazın cənub yamaclarında yerləşən İsmayıllı ra-
yonunun  əksər  hissəsi  dağlıq  ərazilərdən  ibarətdir.  Bu  ərazilərin 
də ən uca zirvələri (Niyaldağ, Qarabuğra, Babadağ və s.) rayonun 
şimal səmtinə düşən silsiləsində yüksəlir. Cənuba doğru uzandıq-
ca get-gedə bu ərazilər alçalır. Buradan da baş alan Şirvan düzü-
nə  aid  landşaft  ətəklərdə  (Göyçay  ərazisinə  ən  yaxın  hissədə) 
Kür-Araz ovalığına qovuşur. Ümumən götürsək, İsmayıllı rayo-
nu orta hündürlüyü 200 m olmaqla (Babadağ zirvəsinədək) dəniz 
səviyyəsindən 3629 m hündürlüyədək ərazi fərqi ilə dəyişilir.  
Dərin  çay  dərələri  sanki  rayon  ərazisini  ayrı-ayrı  şaxələrə 
parçalamışdır.  Bunun  da  bir  qismi  Qanıq-Əyriçay  vadisinin  cə-
nub-şərq  qurtaracağı  ilə  kəsişir.  Kür  hövzəsinə  aid  olan  Girdi-
man, Əyriçay, Axox və Göyçay çayları rayonun başlıca su mən-
bələrini təşkil  edir. Rayon  ərazisi  mineral  bulaqlarla  hədsiz  zən-
gindir. Bu cəhəti nəzərə alan yerli sakinlər İsmayıllı toponiminin 
də məhz bu səciyyədən qaynaqlandığını, yəni sözün suya meyilli 
(“su mayıllı”) ərazi anlamını ifadə etdiyini fərziyyə edirlər.  
Topçu  və  Qalıncaq  meşələri  İsmayıllının  ən  mənzərəli 
landşaftları sayılır. Şahdağ Milli Parkının ekzotik bir guşəsi də 
İsmayıllı ərazisinə düşür. Ecazkar təbii şəraiti, səfalı məkanları 
ilə seçilər  rayon çox qədim tarixi qatlarla zəngin  ərazilərin qo-
vuşuğunda yerləşməsi ilə də diqqəti çəkir.  
Arxeoloji araşdırmalar zamanı əldə olunmuş maddi sübutlar 
İsmayıllının  bir  neçə  inkişaf  mərhələsindən  keçdiyini,  buradakı 
mədəni həyatın və təsərrüfat sahələrinin qədim Daş və Tunc dövr-
ləri ilə ilişgəli olduğunu əsaslandırır. Lahıc yaxınlığında erkən or-
ta  yüzillərə  aid  Girdiman  qalası  (V  əsr),  Talıstan  ərazisində  Ca-
vanşir  qalası  (VII  əsr),  Sulut  kəndi  ərazisində  Fit  qalası  (X  əsr), 
Basqal,  o  cümlədən  Lahıc  qəsəbəsində  inşa  olunmuş  kürəbənd 


 
 

sistemi (IX-X əsr) və başqa tikililərin burada mövcud olması vax-
tilə bu yerlərin siyasi-inzibati mərkəz kimi dövlətçilik tariximizdə 
əhəmiyyətli mövqe tutduğunu indilikdə bizə yansıtmaqdadır.  
Saf təbiəti, füsunkar mənzərələri, olaylarla zəngin tarixi əs-
lində  İsmayıllının  vətənpərvər  və  əməksevər  insanlarını  daima 
qurub-yaratmağa ruhlandırmışdır.  Bu  insanların  daha  şövqlə  ça-
lışmasına və yaratmasına stimul verən bir mühüm mənbə də dü-
şünürük  ki,  burada  yaşayan  fərqli  xalqların  bir-birinə  bəslədiyi 
dərin  etimaddır.  Buna  nail  olmaq  üçün  isə  yüzillərcə  zəhmət 
çəkmək lazım gəlmişdir. Önəmlisi odur ki, həmin xalqların ara-
sındakı bu münasibət günümüzdə də davam etməkdədir.  
Bu minvalla, əhalisinin əsas hissəsi türk mənşəli olan rayonda 
hələ çox qədimdən milli və dini fərqləri ilə seçilən xalqlar da məs-
kunlaşmışdır. Həmin xalqlardan tat, ləzgi, hapıt, slavyan, bir də ki, 
daha azlıq təşkil edən yəhudi və  kürdləri misal gətirmək olar. On-
ların içərisində kəmiyyətcə üstün mövqedə olanı isə tatlardır. Tatlar 
əsasən,  Lahıc  qəsəbəsi  və  ona  bitişik  kəndlərdə  məskunlaşmışlar. 
Bu  kəndlərin  sayı  təxminən  iyirmiyə  yaxındır.  Onlardan  Ərəgit, 
Gəndo, Namazgah, Mulux, Qoydan, Müdrisə, Nanıc, Kənəə, Mulux 
Əhən,  Zərnava,  Gideyli,  Zarat,  Buynuz,  Həftəsov,  Brovdal,  Ağ-
bulaq, Çandahar, Dvoryan və digərlərini qeyd etmək olar. 
Bu xalqlardan sayca ikinci sırada mövqe alanı ləzgilərdir. 
Ləzgilər  Qurbanəfəndi,  İstisu,  Sumağallı,  Qalacıq,  Uştalqışlaq, 
Çəmənli, Ruşan, Qalınçaq, Qalagah, Vəng kəndlərinin  əsas sa-
kinləri sayılır. 
Hapıtların  isə  böyük  qrupu  Mollaisaqlı  və  Hacıhətəmli 
kəndlərində  məskunlaşmışdır.  Çox  az  miqdarda  olsa  da,  digər 
kəndlərdə də bu mənşəli əhaliyə rast gəlmək olur. 
İstisna  olaraq,  yalnız  malakanlar  rayonun  bir  kəndində 
(İvanovkada) məskundurlar. Bundan başqa, sayca sonuncular he-
sab olunan kürdlər və yəhudilər, bir də axır illərdə rayona köçüb 
gəlmiş  minimal  həddə  məshəti  türkləri  də  hazırda  İsmayıllının 
yerli camaatı ilə bir yerdə güzəranlarına davam etməkdədirlər. 


 
 

Bildiyimiz kimi, hər bir etnos məskun olduğu ərazinin təbii-
coğrafi şəraiti və relyef xüsusiyyətlərinə uyğun olaraq məişətini və 
təsərrüfat həyatını qurur. Milli-etnik identikliyini qorumaqla yana-
şı,  istənilən  xalq  ərazicə  ona  yaxın  yerləşən  xalqla  sosial-mədəni 
əlaqələrə girməyi də zəruri sayır. Bütün bunlar ona gətirir ki, eyni 
yaşayış məntəqələrində güzəran sürən fərqli xalqlar (birliklər) mil-
li  və  dini  ayrılmalarına  baxmayaraq,  heç  bir  münaqişəyə  yönlən-
mir, əksinə  iç-içə  yaşadıqları mühitdə daha sıx əlaqələr qurur, bə-
zən  bu  əlaqələri  qohumluq  münasibətlərinədək  inkişaf  etdirməyə 
meyilli  olurlar.  Məsələ  burasındadır  ki,  İsmayıllı  rayonunda  tari-
xən məskunlaşmış etniklər təkcə öz varlıqları ilə deyil, həm də dili, 
dini  inancları,  adət-ənənələri,  məişəti,  habelə  arxaik  mədəniyyəti 
və onun mühüm tərkibi olan folkloru ilə də bu etnomühiti zəngin-
ləşdirir və inkişaf etdirirlər. Bu da bir neçə mühüm amilə dayanaq-
lıdır. Əvvəla, bu xalqların məskun olduqları ərazilərdə sabitləşmiş 
bilinqvizm (ikidillilik) şəraiti hökm sürür. İkincisi, həmin ərazilər-
də hər iki dildən (məs.tat-Azərbaycan) təkcə ünsiyyət vasitəsi kimi 
deyil,  həm  də  mənəvi  yaradıcılıq sahələrində, özəlliklə  də  folklor 
nümunələrinin ifası və yaradılması prosesində qarşılıqlı şəkildə is-
tifadə  olunur.  Bir  də  ki,  nümunənin  hansı  dildə  (tat,  yoxsa  Azər-
baycan dilində) təqdim olunmasını  və  yaxud  da  meydana gəlmə-
sini, adətən, belə şəraitlərdə  nümunənin hansı janra aid olması da 
diktə edə bilir. Məsələn, istənilən nümunəni tat dilində söyləməyə 
üstünlük verən  lahıclı  istisna olaraq, bayatını  Azərbaycan  türkcə-
sində təqdim edir. Heç şübhəsiz, bunu zəruri edən şərtləri vardır və 
daha  əsaslı  hesab  etdiklərimizi  burada  qeyd  etməyi  lazım  bilirik. 
Birincisi,  janrın  kifayət  qədər  arxaik  olması  bu  halı  şərtləndirə 
bilər. Digər halda  isə bu  vəziyyət, həmin xalqların daha erkən tə-
şəkkül  tapmış  qonşuluq  münasibətlərinə  əsaslana  bilər.  Bununla 
belə, həmin xalqlar milli psixologiyasından, inanc sistemindən, ça-
lışdığı məşğulluq sahəsindən asılı olaraq, yaratdıqlarında fərqlilik-
ləri  ilə  də  görünə  bilirlər.  Bütün  bunları  nəzərə  alıb,  polietnik 
Azərbaycan  cəmiyyəti  üçün  səciyyəvi  olan  türk,  iran,  qafqaz  və 


 
 

slavyan mənşəli etnosların  folklorunu onlara doğma hesab olunan 
İsmayıllı  rayonunun  folkloru  ilə  vəhdətdə  öyrənməyi  qarşımıza 
məqsəd qoymuşuq. Hər bir azsaylı xalqın folklorunun öyrənilməsi 
əslində Azərbaycan folklorunun öyrənilməsi və sistemləşdirilməsi 
kimi  başa  düşülməlidir.  Ümid  edirik  ki,  İsmayıllıda  yaşayan  az-
saylı xalqların folklorunun öyrənilməsi folklorşünaslığımızda yal-
nız ayrılıqda götürülmüş bir rayonun probleminə yanaşma qismin-
də  deyil,  Azərbaycan  folklorşünaslığında  irəliyə  doğru  atılmış 
növbəti bir addım kimi qarşılanacaq. 
Kitabın ərsəyə gəlməsində bir çox insanların iştirakı olmuş-
dur  və  onların  bir  qismi  haqqında  söyləyicilər  bölümündə  məlu-
mat vermişik. Təəssüf doğuracaq haldır ki, həmin insanlardan bə-
ziləri artıq dünyasını dəyişmişdir. Xeyirxah əməl sahibi olduqları 
üçün  daima  yad  olunacaqlarına  inanır  və  onlara  Uca  Tanrıdan 
rəhmət diləyirik. Bir qisim insanlar da bu işə köməyini əsirgəmə-
mişdir  ki,  buna  da  kitabda  münasibət  bildirməyi  zəruri  saydıq. 
Söyləyici qismində olmasalar da heç şübhəsiz, onlardan aldığımız 
məlumatlar  kitabın  dolğun  hazırlanmasına  təsirsiz  qalmamışdır. 
Zəruri məlumatları bizə təqdim edən belə  insanları kitabda infor-
mator qismində  göstərməyi  münasib  sayır  və onlara dərin təşək-
kürümüzü bildiririk. Həmin informatorları sizə təqdim edirik: 

Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin