* * * Bir dəfə çayda gördüm qaçır üzü yuxarı – Kələ Xərəzeyi
tərəfə (tatca). Yayda çox görünür. Çayda gördüyüm vaxt payızdı,
evdə gördüyüm vaxt yay idi. Hər iki hadisə Əhəndə olub. Qadın
formasında görmüşəm. Kişi formasında da olur. Kənddə, Bağəli
deyilən yerdə görmüşəm, ağ paltarda. Bir dəfə də səhər-səhər
Sərbənd deyilən yerdə qışqırırdı, qaça-qaça. Lulu Şirin tərəfə
getdi. (Gəlininin dediyinə görə, o da 8-10 yaşlarında görüb) Son-
ra atamı çağırdım. Cinin pəncəsi dalda olur, dabanı qabaqda.