TOPONĠMLƏR
3
İrəmə
Səngər
Hapıti qar-qar (hapıta gedən yol)
Goçivatç (kiçik çay), digər adı Şirvandərə çay
Çexuvatç – böyük çay
1
Bu məlumatı Mollaisaqlı kənd tam orta məktəbin müəllimi İldırım
Məsimov təqdim etmişdir.
2
Bu məlumatı Mollaisaqlı kənd sakini Şakir Abdullayev təqdim etmişdir.
3
Bu məlumatı Mollaisaqlı kənd sakini Şakir Abdullayev təqdim etmişdir.
189
MOLLAISAQLI KƏND “HAPIT” FOLKLOR QRUPU
1
“Hapıt” folklor qrupu 1998-ci ildə yaranaraq fəaliyyət
göstərməyə başlamışdır. Qrupa Zəminə Cəbrayılova rəhbərlik
edir. O, eyni zamanda Mollaisaqlı kənd orta məktəbində
fəaliyyət göstərən “Uşaq birliyi” dərnəyinin rəhbəridir. Qrupun
repertuarında musiqi ilə müşayiət ayrıca önəm daşıyır. Buna
rəğmən Mollaisaqlı mədəniyyət evi qrupa davamlı yardım gös-
tərir. Qrup ötən illərdə Hapıt folklorunu daha geniş ictimaiyyətə
tanıtmaq kimi məsuliyyətli bir vəzifəni üzərinə götürmüşdür.
Bu mənada qrup üzvləri azsaylı xalqın (yəni hapıtların) milli
adət-ənənələrini, dilini, rəqslərini qoruyub saxlamaq və gələcək
nəsillərə çatdırmağı ilk növbədə öz məqsədlərinə çevirmişlər.
1
Bu məlumat AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, fil. ü.f.d. Atəş
Əhmədli tərəfindən təqdim olunmuşdur.
190
Artıq 12 ildir ki, “Hapıt” folklor qrupu lokal folklorun
spesifik mahiyyətini ictimaiyyətə təqdim etməklə məşğuldur.
Folklor qrupu yeri gəldikcə günün aktual məsələlərinə də müna-
sibət bildirməyə səy göstərir. Məsələn, kənddə içməli su proble-
minin olduğunu nəzərə alıb, onlar bu problemi də hər hansı bir
ədəbi formadan istifadə etməklə (məs. bayatı və s. formalar-
dan), həm də ictimai fikrə xoş gələn ifa tərzində gündəmə gətir-
mişlər. Qeyd edək ki, bu səhnəciyin də təqdimatında musiqi ilə
müşayiət aparıcı mövqedədir.
Hazırda fəaliyyətini davam etdirən qrup rayon ərazisində
və respublika hüdudlarında keçirilən tədbirlərdə fəal iştirak
edir.
|