36
ve başlayır mübahisə etməyə. Hamının ağıldan kəm saydığı bir
nəfər Quludan icazə istəyib üzünü sürücüyə tutur:
- Sürücü işləyirsən, elə deyilmi? Atan behiştlik. Yaxşı,
sən maşının sükanı arxasında niyə oturursan? Oturursan ki, ma-
şını idarə edəsən, idarə edəsən ki, qəza törətməsin, elədir?
- Bəli.
- Bəs, onda niyə qanmazlığına salmısan. Sən о maşını
idarə etdiyin kimi demək, bu kainatın da sükanı arxasında out-
rub onu idarə edən bir kişi var da...
Qulu “dəliyə” təşəkkür edib üzünü sürücüyə tutur:
- Mən heç bilməzdim. Dəli səndən ağıllı imiş!
Dostları ilə paylaş: