Gələndə lüt deyildim 1946-cı ilin əvvəllərində Qaradağ daş karxanasında müqa-
vilə ilə işləmək üçün xeyli adam səfərbər edilir. Müqavilənin
şərtlərinə görə karxanadan qaçan va ya vaxtından tez çıxıb ge-
dən şəxs məsuliyyətə cəlb edilirdi. İşin ağır olduğunu görən Qu-
lu Şeyda Lahıca qayıdır. Onu məsuliyyətə cəlb edirlər. Məhkə-
mədə hakim soruşur:
– Karxanadan niyə qaçmısan ?
Qulu suala sualla cavab verir:
– Möhtərəm hakim, zəhmət olmasa, deyin, mənim sir-
sifətimdən pəhləvanlıq yağır?
– Bu nə sözdür ? Necə yəni pəhləvanlıq?
– Möhtərəm hakim! Dədə-babadan belə eşitmişik ki, pəh-
ləvan daş qaldırar. Mən ki, pəhləvan deyiləm.
Hakimi gülmək tutur:
– Yaxşı, pəhləvan deyilsən, bəs karxananın paltarı ilə niyə
qaçmısan?
Qulu deyir:
– Möhtərəm hakim, mən karxanaya lüt getməmişdim ki,
üt qayıdam. Zəng edib, soruşun. Mən deyən olmasa, saat soyun-
mağa hazıram. Qulunun hazırcavablığı hakimin xoşuna gəlir va
onu buraxırlar.