62
Hətta deyilənə görə, ayını ayaq tərəfdən başlayaraq onu iki yerə
şaqqalayır. Qulunun həmkəndlisi də xilas olur.
Üçüncü əhvalat
Bir pəhləvan Əhən kəndinə gəlir ki, pəhləvan Qulu ilə gü-
ləşsin və əgər udsa, 100 manat alacaq, uduzsa, 100 manat verə-
cək. Təsadüfən ona rast gələn pəhləvan Qulu tanışlıq vermədən
onu evinə aparır. Axşam onlarda qalan pəhləvan səhər durub
başmaqlarını axtarır. Evdəkilər damın altındakı tirin altına
qoyulmuş başmaqları göstərirlər. Qonaq soruşur ki, bunu kim
qoyub bura? Arvad deyir ki, ərim. Onda pəhləvan deyir ki, get
ərinə de ki, gəlib başmaqlarımı versin. Bu vaxt pəhləvan Qulu
girir içəri. Pəhləvan təklif edir ki, bir güc versin, özü götürsün.
O da cavab verir ki, bu, onun pəhləvan işi deyil. Pəhləvan Qulu
əlini atıb onun ayaqqabılarını verir və deyir ki, mən hələ heç
pəhləvan deyiləm, gör indi pəhləvan Quluda nə qədər güc olar?!
Amma sonra Qulu özünü tanıdır, gələn pəhləvan 100 manatı
ona uzadır və söz verir ki, bir daha onu narahat etməyəcək. Qu-
lu bu pulu qəbul etmir, onu qucaqlayıb yola salır.
Dostları ilə paylaş: