44) Qəbula 9 yaşlı uşaq gətirilib. Uşaq ürək bulanma, iştahsızlıq və qarında
ağrıdan şikayət edir. Yuxusu pozulub, əsəbidir, gecələr ağzından su gəlir.Bu
zaman uşaqda nədən şübhələnmək olar?
Yuxarıda qeyd edilən əlamətlər helmintoza məxsusdur.
Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим
занятиям» стр. 188
45) Qəbula 7 yaşlı uşaq gətirilib, sifətin dərisi solğundur, göz qapaqları
şişkindir. Sidik ifrazı azalıb. Ananın dediyinə görə sidiyi bulanıqdır, uşağın
iştahası pisdir, ürək bulanma və baş ağrısı var. A/T yüksəlib. Hansı
xəstəlikdən şüphələnmək olar?
7 yaşlı uşaqda müşahidə edilən bu əlamətlər qlomerulonefrit xəstəliyinin
əlamətləridir.
Ədəbiyyat: А. Н. Бурая, М. П. Шанина «Руководство к практическим
занятиям» стр. 187
Dostları ilə paylaş: |