75) Döşdə qalan südün sağılmasında məqsəd nədir?
Uşaq əmizdirildikdən sonra döşdə qalan süd sağılmalıdır kı, süd ifrazı artsın. Əks
hal südün azalmasına, yəni hipoqalaktiyaya səbəb ola bilər.
Ədəbiyyat: Y. P. Bisyarina . Uşaqların anatomik - fizioloji xüsisiyyətləri. səh. 180
76) Yenidoğulmuş qızlarda sidik kanalının uzunluğu necə sm - dir?
Yenidoğulan qızlarda sidik kanalının uzunluğu 1 - 2 sm. olur.
Ədəbiyyat: Y. P. Bisyarina . Uşaqların anatom ik - fizioloji xüsisiyyətləri. səh.
177
77) Yenidoğulmuş oğlan uşağında sidik kanalının uzunluğu neçə sm olur?
Yenidoğulmuş oğlan uşağında fizioloji olaraq sidik kanalının uzunluğu 5 - 6 sm
olur.
Ədəbiyyat: Y. P. Bisyarina . Uşaqların anatomik - fizioloji xüsisiyyətləri. səh.
177
78) Anadangəlmə ürək qüsurunun əsas müalicəsi necə aparılır?
Anadangəlmə ürək qüsurunun əsas müalicəsi cərrahi yolladır.
Ədəbiyyat: A. A. Əyyubova. Uşaq xəstəlikləri . Bakı 2008. səh. 218
Dostları ilə paylaş: |