81) Uşaqlarda döş kifozu necə aylıqda əmələ gəlir?
Bir yaşa qədər uşaqlarda sümük toxuması su və üzvi maddalərlə zəngin, mineral
maddalər isə az olur. Bu səbəbdən də uşaq oturmağa, yeriməyə, gəzməyə
başlarkən onun onurga sütununda əyriliklər əmələ gəlir . Döş kifozu uşağın 6 - 7
aylığında baş verir.
Ədəbiyyat: Л. А. Исаева. Л. К. Баженова. Детские болезни. Москва 1986 стр.
50
82) Südəmər uşaqlarda rinit zamanı tənəffüsün pozulması nə ilə müşahidə
olunur?
Rinit burnun selikli qişasının iltihabı xəstəliyi olduğuna görə, bu zaman selikli
qişa şişir. Uşağın burnu tutulduğundan, əmmə zamanı nəfəs alma çətinləşdiyi
üçün döşü əmə bilmir.
Ədəbiyyat: Y. P. Bisyarina . Uşaqların anatomik - fizioloji xüsisiyyətləri. səh. 23
Dostları ilə paylaş: |