103) Karbunkul zamanı kəsik apardıqda anesteziyanın hansı növündən
istifadə olunur?
Karbunkul zamanı irinli proses daha dərin və böyük olduğuna görə kəsik
aparılarkən anesteziya məqdəsilə venadaxili narkozdan istifadə olunur.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 271)
104) Flukutasiya nədir?
İnfiltrativ proses inkişaf etdikcə infiltrasiyanın mərkəzində yumşalma əmələ gəlir.
Yumşalma nahiyyəsinə ehtiyatla əllə toxunduqda zəif dalğavari hərəkət əmələ
gəlir ki, bu fluktasiya adlanır.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 271)
Dostları ilə paylaş: |