110) “Qatranvari” nəcisi olan xəstəyə nə etmək lazımdır?
“Qətranvari” nəcis mədə qanaxmasının əlaməti olduğuna görə xəstə təcili
hospitalizasiya olunmalıdır.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 290)
111) 2% - li “Lizetol” - AF məhlulunda metal alətlər neçə dəqiqə
saxlanılmalıdır?
Metal və şüşədən hazırlanmış alətlər 60 dəqiqə müddətində 2% - li lizetol
məhlulunda saxlanılmalıdır.
Ədəbiyyat: S. A. Aqkatsyeva. Tibb bacısının işində praktik vərdişlər (səh - 88)
112) Lizetol məhlulundan neçə gün istifadə etmək olar?
Lizetol məhlulu müvafiq faizlə hazırlandıqdan sonra 7 gün istifadə üçün
yararlıdır.
Ədəbiyyat: S. A. Aqkatsyeva. Tibb bacısının işində praktik vərdişlər. (səh - 88)
|