130) Yemək borusunun yanıqlarında rentgenoloji müayinə nə vaxt aparılır?
Yemək borusu yanıqlarında rentgenoloji müayinə 15 - 20 gündən sonra aparılır.
Bu müddət ərzində patoloji prisesin kəskin dövrü keçir və xəstə kontrast maddəni
uda bilir.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997 (səh - 121)
131) Kəskin appendisit zamanı həkiməqədərki tibbi yardıma aiddir?
Qarın boşluğunun kəskin destruktiv xəstəlikləri zamanı klinik simptompların
itməməsi üçün heç bir dərman müdaxiləsilə yol vermək olmaz. Sağ qalça
çuxuruna buz qovuğu qoyub, təcili cərrahi şöbəyə çatdırmaq lazımdır.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh - 218)
Dostları ilə paylaş: |