134) Yanıq şoku zamanı ağrıkəsici təsirli narkotik preparatların hansı
nahiyyəyə yeridilməsi məqsədəuyğundur?
Yanıq şoku zamanı ağrıkəsici narkotiklər morfin, omnopon, promedol, fentanil
işlədilir. Şok zamanı toxumalardan dərmanların sorulması ləng getdiyi üçün bu
preparatların vena daxilinə yeridilməsi məqsədə uyğundur. Yaşlı insanlara və 3
yaşına qədər uşaqlara vena daxilinə işlədilməsi təhlükəlidir.
Ədəbiyyat: B, D, Komarov. (səh - 74)
135) Qələvilərlə yanıq sahəsini neytrallaşdırmaq məqsədilə sirkə turşusunun
neçə faizli məhlulundan istifadə edilir?
Qələvilərlə yanıq sahəsini neytrallaşdırmaq məqsədilə sirkə turşusunun 1% - li
məhlulundan və ya 0. 5% - li bor turşusu məhlulundan istifadə edilir.
Ədəbiyyat: İnkova A. N. (səh - 132)
Dostları ilə paylaş: |