126) Çıxığın yerinə salınmasında anesteziya məqsədilə novokainin neçə faizli
məhlulu işlədilir?
Çıxığın yerinə salınmasından əvvəl yerli anesteziya məqsədilə 40 - 60 ml 1% - li
novokain məhlulu uzun iynə ilə oynaq boşluğuna yeridilir.
Ədəbiyyat: M. M. Abakumov. (səh - 385)
127) Optik alətlərin paroformalin şkaflarda sterilizasiya müddəti neçə
saatdan az olmamalıdır?
Optik alətlər paroformalin şkaflarda 48 saatdan az olmayaraq saxlanmalıdır.
Çıxarıldıqdan sonra 10 - 20 dəqiqə müddətində civə - oksisian (1: 1000)
məhlulunda və ya 95% - li spirtdə saxlanmalıdır.
Ədəbiyyat: S. İmamverdiyev. Uralogiyada tibb bacısının işi. (səh - 45)
|