140) Sınıqların ümumi klinik əlamətlərinə aid deyil?
Sınıqların əsas simptomları ağrı funksiyanın pozulması deformasiya travmatik
ödem və krepitasiyadır. Şiddətli ağrı nəticəsində baş verən travmatik şok, kollaps
ümumi simptomlardır. Asfiksiya bu simptomlar kompleksinə aid deyil.
Ədəbiyyat: H. Sultanov. Cərrahiyyə - 1997. (səh – 107)
141) Dərinin funksiyasına nə aid deyil?
Dərinin tənəffüsdə, orqanizmin immun müdafiəsində, istilik tənzimləmədə və
piqment əmələgətirmədə iştirak etməsi, D vitamini sintezi onun funksiyalarına
aiddir. Hormonal tənzimləmə onun funksiyalarına aid deyil.
Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва -
«Медицина» 1990 (səh. 12)
Dostları ilə paylaş: |