87) Bədxassəli şişə məxsus əlamət hansıdır?
Xoş xassəli şişlər məhdud nahiyəni əhatə edir, ətraf toxumalara yayılmır. Bəd
xassəli şişlər isə ətraf toxumalara sirayət edərək metastaz verir.
Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 165
88) Trizm hansı xəstəliyə məxsusdur?
Tetanus zamanı çeynəmə əzələlərinin qıcolması baş verir ki, bu əlamət trizm
adlanır.
Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 149
89) İrinli yaraya drenaj boru nə üçün qoyulur?
İrinli yaraların sağalması üçün yara möhtəviyyatı xaric olunmalıdır ki, bu da
drenaj borular vasitəsilə həyata keçirilir.
Ədəbiyyat: H. A. Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh. 130
Dostları ilə paylaş: |