Fəsil II.
Dünyanın ərzaq bazarının müasir vəziyyəti və inkişaf istiqamətləri
2.1. Dünyanın ərzaq bazarının müasir vəziyyəti.
2012 - 2013 - cü illərdə, proqnozlara görə taxılın dünya ticarətinin həcmi
295,5 milyon tona çatacaq, bu da 2011 - 2012 - ci il göstəricisindən bir qədər
yüksəkdir. Belə artım əsasən buğda təklifinin gözlənilən azalmasını artıqlaması ilə
kompensasiya edən qarğıdalının istehsalının artımı ilə bağlıdır, eyni zamanda düyü
ticarəti sabit səviyyədə proqnozlaşdırılır. 2012 - ci ilin aprel ayında dənli bitkilərin
Ə
KTT qiymətlərinin indeksi orta hesabla 224 bənd təşkil etmişdir, bu da mart
ayının göstəricisindən 2 faiz aşağıdır, bununla yanaşı bütün dənli bitkilər təklifin
yüksək konyukturası fonunda qiymətlərin aşağı dinamikasını göstərir. Aprel ayında
ötən ilin müvafiq ayı ilə müqayisədə buğda üzrə qiymətlər 21 faiz, qarğıdalı üzrə
15 faiz, düyü üzrə 4 faiz aşağı olmuşdur.
Dostları ilə paylaş: |