Azərbaycan döVLƏt neft və SƏnaye universiteti


 Amplituda görə modullaşmiş rəqslərin detektə edilməsi



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə16/17
tarix02.01.2022
ölçüsü0,62 Mb.
#45890
1   ...   9   10   11   12   13   14   15   16   17
Piriyev İzzət 615.7 kurs işi

3.1. Amplituda görə modullaşmiş rəqslərin detektə edilməsi 

Modullaşmış  yüksəktezlikli  rəqslərdən  alçaqtezlikli  idarəedici  rəqslərin(faydalı 

siqnalların) alınması prosesinə detekləmə və ya demodulyasiya deyilir. Detektəetmə 

prosesində  qəbulolunan  siqnalın  spektri  kökündən  dəyişilir;  yüksəktezlikli 

modullaşmış rəqslərdən daşıyıcı və alçaqtezlikli modullaşdırıcı siqnalın toplananları 

alınır.  Modullaşmış  rəqslərin  spektrini  dəyişməküçün  başqa  sözlə,  detektəetmə 

prosesini həyata keçirmək üçün tərkibinə qeyri-xətti element daxil olan sistemlərdən 

(buna detektor deyilir) istifadə etmək olar. 

Detektor dövrəsindən keçən alçaqtezlikli siqnalları  yüksək tezlikli siqnallardan 

ayırmaq  üçün  RC  alçaq  tezlik  filtrlərindən  istifadə  edilir.  Amplituda  görə 

modullaşmış  rəqslərin  detektə  edilməsini  prinsipcə  şəkil  3.1.1-də  göstərilən  sxemlə 

həyata keçirmək olar. 

 

 



Şəkil 3.1.1Amplituda görə modullaşmış rəqslərin detektə edilməsi sxemi. 

 

Əvvəlcə  sxemin  girişinə  modullaşmamış  yüksək  tezlikli  u



ω

(t)=U


cos  ωt 


şəklində dəyişən kiçik amplitudlu zəif siqnal verək. Belə kiçik gərginliklərdə qeyri-

xətti elementin xarakteristikasının  başlanğıc hissəsindən istifadə olunur. Bu hissədə 

isə  məlum  olduğu  kimi  cərəyan  gərginlikdən  kvadratik  asılıdır:Cərəyan  spektrinin 

yüksəktezlikli  toplananları    verilmiş  halda  faydasız  olduqlarından  onlar  detektor 

sxemində RC filtri vasitəsilə filtrlənir. Qalan toplananlar isə detektor cərəyanını təşkil 

edir.U


- gərginliyin amplitudu sabit olduqda İ

d

 detektor cərəyanı da sabit olur, yəni 



sxem dəyişən cərəyanı sabit cərəyana çevirən düzləndirici rolunu oynayır. 

İndi də fərz edək ki, detektorun girişinə amplituda görə modullaşmış 




 

 

 



26 

 

𝑢



𝐴𝑀

= 𝑈


𝑜𝑚

(1 + 𝑚cosΩ𝑡)cos𝜔𝑡 = 𝑈

𝐴𝑀

cos𝜔𝑡   (3.1.1) 



gərginliyi verilmişdir.  

       Bu    zaman  İ

d

  detektor  cərəyanı  sabit  və  dəyişən  toplananlardan  ibarət  olur. 



Burada  yüksək  tezlikli  və  amplitudlu  toplanan  faydasız  olub,  qeyri-xətti  təhrifləri 

yaradır  və  detektor  tərəfindən  buraxılmır.  Alçaq  tezlikli  və  amplitudlu  siqnallar 

faydalı  olub  detektor  tərəfindən  buraxılır.  Bu  səbəbdən  kiçik  amplitudlu  zəif 

siqnalların detektə edilməsi kvadratik detektəetmə adlanır. Kvadratik detektəetmədə 

qeyri-xətti təhrif əmsalı böyükdür: 

𝛾 =


𝑚

4

                   (3.1.2) 



Məsələn, modullaşma əmsalı m=1 olduqda 

𝛾=0.25 olur. 

İndi  də  detektorun  girişinə  böyük  amplitudlu  siqnal    verildiyi  hala  baxaq.  Bu 

halda  detektor  xarakteristikası  aob  sınıq  xətlə  approksimasiya    oluna    bilər    (şəkil  

3.1.2).    Belə    olduqda  detektor  cərəyanı  kəsmə  bucağı  θ=90º  olan  itiuclu  impulslar 

şəklinə düşür. İmpulsların maksimumları – İ

0max  

detektorun girişinə verilmiş siqnalın 



U

0m

    amplitudu  ilə  mütənasibdir.  Bu  halda  detektor  xarakteristikası  aşağıdakı  iki 



düzxət parçası ilə approksimasiya oluna bilər: u>0 olduqda i

1

 = S



1

u və u<0 olduqda i

2

 

=  S



2

u;  burada  S

1

  –  aob  xarakteristikasının  ob  hissəsinin,  S



2

  isə  oa  hissəsinin 

diklikləridir.Şəkildən göründüyü kimi, baxılan halda S

2

 = 0.  



 

 

Şəkil 3.1.2Amplituda görə modullaşmış rəqslərin xətti detektə edilməsi. 



 


 

 

 



27 

 

NƏTİCƏ 

Modulyasiya  prosesi  aparılan  çeviricilər  modulyator  adlanır  və  prosesin  gedişi 

tezlik  spektrinin  və  dinamik  diapazonun  çevrilməsi  ilə  müşahidə  olunur. 

Modulyatorun çıxış siqnalı giriş siqnalının tezliyindən fərqli tezliyə malik olmalıdır. 

Sabit  parametrli  xətti  dövrədə  modulyasiya  almaq  mümkün  olmur,  çünki  çıxış 

prosesinin  spektral  dəyişməsi  baş  vermir.  Ona  görə  də  modulyasiya  almaq  üçün 

dəyişən  parametrli  xətti  və  qeyri-xətti  dördqüblüdən  (modulyatorlardan)  istifadə 

olunur.  Deməli,  modulyasiya  prosesi  siqnalın  spektrinin  mürəkkəb  çevrilməsinə 

səbəb  olur.Alçaqtezlikli    idarəedici      siqnalların  təsiri  ilə  yüksəktezlikli  harmonik 

elektrik  rəqslərinin  (daşıyıcı  rəqslərin)–amplitudunun  idarəedici  siqnala  uyğun 

dəyişdirilməsi    prosesinə    rəqslərin    amplituda    görə    modullaşması    deyilir. 

Radioelektron  qurğularında,  əsas  etibarilə,  amplitud  və  tezlik  modullaşmalarından 

istifadə  olunur.  Modullayıcı  siqnal  daşıyıcı  tezliyin  ya  amplitudunu  ya  da  tezliyini 

dəyişir.  Hər  iki  halda  daşıyıcı  tezlik  faydalı  siqnalla  yüklənir.  Aşağıdakı  şəkildə 

modulyasiya prinsipləri göstərilmişdir. Misal üçün səs siqnalınından istifadə etdik. 

 

 

 



 

 

 




 

 

 



28 

 


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin