Microsoft Word istehsal m?SR?FL?Rinin ucotu, T?Hlili v? Onun s?M?R?Liliyinin yuks?Ldilm?Si yollari docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə11/32
tarix02.01.2022
ölçüsü0,58 Mb.
#46142
1   ...   7   8   9   10   11   12   13   14   ...   32
NIGAR

 

2.2.  Məsuliyyət mərkəzləri üzrə məsrəflərinin uçotu və onun üzərində 

nəzarətin təşkili metodikası 

İstehsal  məsrəfələrinin  qüvvədə  olan  sistemi  özünün  inkişafı  və 

təkmilləşdirilməsi istiqamətində müəssisənin idarə edilməsinin müasir tələblərinə 

lazımı  səviyyədə  uyğun  gəlmir.  Bu,  istehsal  məsrəflərinin  uçotun  qüvvədə  olan 

qaydasının məsrəflərin baş vermə yerləri – sexlər və müəssisələr üzrə bütövlükdə 

cəmləşdirilməsindən asılı olaraq müəyyən edilməsi ilə izah olunur. Müvafiq nxv 

resurs  məsrəflərinə  –  əmək  əşyaları,  əmək  vasitələri  və  işçi  qüvvəsinə  gəldikdə, 

onlar uçotdəməhsulun maya dəyərinə daxil edilmə üsuluna görə qruplaşdırılır. Bu 

halda  əksər  kalkulasiya  maddələri  kompleks  olur  və  buna  görə  müxtəlif  ehtiyat 

(resurs) növləri üzrə xərclər əhatə edir. 

İstehsal  məsrəflərinin  uçotunda  olan  çatışmazlıq  nəinki  məhsulun  maya 

dəyərinin  kalkulyasiyası  prosesinə,  həmdə  istehsalın  həcmi  və  ehtiyyatların 

istifadəyə  görə  məsuliyyət  simasızlaşdırılması  prosesinin  dərinləşməsinə  də  təsir 

göstərir.  Bu  onunla  əlaqədardır  ki,  gösətərilənlər  üzərindən  məsuliyyət  hələ  də 

konkretləşdirilməmişdir. 

İstehsal  prosesi  xüsusi  texnoloji  şəraiitdə  həyata  keçiriləntikiş  sənayesi 

müəssisələrində istehsal ehtiyyatlarından səmərəli istifadə edilməsinin əhəmiyyəti 

istehsal ehtiyyatlarından səmərəli istifadə edilməsinin əhəmiyyəti durmadan artır 

ki,  bu  da  material  ehtiyyatlardan,  həmçinin  maşın  və  avadanlıqLardan  səmərəli 

istifadə  edilməsi,  əməyin  düzgün təşkili və  onun  məhsuldarlığının  yüksəldilməsi 

üzərində məsuliyyəti lazımı səviyyədə konkretləşdirməyi tələb edir. Buna görə də, 

indiki  şəraitdə  istehsal  imkanlarındar  istifadəyə  görə  məsuliyyət  sahəsinin 

formalaşmasına yanaşmanı dəyişmək lazımdır. 



 

34 


 

Ehtiyyatların  idarə  edilməsinə,  onların  sərf  edilməsi  və  səmərəli  istifadə 

olunmasına  görə  məsuliyyət  aid  olunmalıdır,  yəni,  işin  məzmununu  və  idarə 

apparatı  işçilərinin,  mütəxəssislərin  briqadirlərin  və  fəhlələrin  funksional 

vəzifələrini müəyyən etmək daxil edilməlidir. Bu cür məsuliyyət obyektiv zərurət 

hesab edilir və ancaq məsrəf yerləri və mərkəzləri üzrə hər bir xidmət sahəsindən, 

istehsalat  vahidindən  və  ayrı-ayrı  işçilərdən  asılı  olan  məsrəflər  haqqında 

informasiyaların  mövcudluğu  şəraitində  yerinə  yetirilə  bilər.  Bu  vəzifələrin  həlli 

məsuliyyət  mərkəzləri  üzrə  məsrəflərin  uçotunun  qurulması  və  nəzarətin  təşkil 

edilməsinə köməklik göstərə bilər. 

Həzırda  məsuliyyət  mərkəzləri  üzrə  məsrəflərin  uçotu  konpensasiyasının 

müəssisələrdə  istifadəsi  geniş  vüsət  alır.  Bu  zaman  məsrəflərin  uçotunun  zəruri 

xarakteristikası  obyektiv  iqtisadi  və  texnoloji  mərkəzlərin  təşkil  olunmasına 

əsaslanır.  Məsuliyyət  mərkəzləri  dedikdə,  müəssisənin  müdriyyəti  tərəfindən 

ayrılmış  istehsal-təsərrüfat  prosesinin  müəyyən  təşkilatı-texnoloji  sahəsi  başa 

düşülür. Məsuliyyət mərkəzləri üzrə məsrəflərin uçotu və onlara nəzarət, müəyyən 

xarc  növləri  və  göstəriciləri  üzərində  konkret  rəhbərlərin  məsuliyyətini  nəzərdə 

tutur,  yəni  onun  şəxsi  qərarının  köməyi  ilənəzarat  edilməsi  mümkün  olmayan 

xərclər  istisna  olamaqla,  müəssisənin  ümumi  fəaliyyətinin  müəyyən  hissəsi 

üzərində  hər  bir  müəssisə  rəhbəri  məsuliyyət  daşıyır.  Bu  məqsədlə,  məsrəflərin 

müvafiq  təsnifatına  uyğun  onların  baş  verdiyi  ayrı-ayrı  bölmə  və  sahənin 

məsuliyyəti  müəyyən  edilir  və  qeydə  alınır  ki,  bu  da  hər  bir  rəhbər  üçün 

məsuliyyətin  dəqiqləşdirilməsini  asanlaşdıran  proses  olan  detallaşdırılmış 

tapşırıqlar təyin etməklə əldə oluna bilər. 

Biz  də  öz  növbəmizdə  xərc  yerlərinin,  xərc  mərkəzlərinin  və  məsuliyyət 

mərkəzlərinin  bir-birləri  ilə  qarşılıqlı  əlaqədə  olmasına  və  bu  zaman  məsuliyyət 

mərkəzinin  xərc  yerləri  ilə  üst-üstə  düşməməsi,yaxud  bir  neçə  xərc  yerini  əhatə 

edə bilməsi fikrini müdafiə edir və ona şərik çıxırıq. 

Məsuliyyət  mərkəzləri  üzrə  uçot  və  nəzarıtin  təşkilinin  əsası,  qeyd  edildiyi 

kimi, məsrəflərin müxtəlif səviyyəli rəhbərə təhkim edilməsi və hər bir məsul şəxs 

üzrə  müəyyən  olunmuş  norma  və  smetaya  müntəzəm  nəzarətin  təşkil  olunması 



 

35 


 

hesab edilir. Ona görə də, məsuliyyət mərkəzləri üzrə məsrəflərin uçotu və onların 

nəzarətin  təşkilinin  ən  birinciproblemi  məsuliyyətin  təhkimedilməsi  üçün  bu 

mərkəzlərin ayrılması hesab edilir. 

Belə ki, xərc mərkəzləri və məsuliyyət mərkəzlərinin ayrılması zamanı əsas 

aparıcı prinsiplər aşağdakılardır: 

1.  Hər bir xərc mərkəzi, xərdlərin planlaşdırılması və onların nəzarətin təşkil 

edilməsində  müqayisə  rəhbərinə  kömək  gösətərən  usta,  yaxud  şöbə  rəisi  kimi 

məsul şəxslər tərəfindən rəhbərlik edilən ayrıca məsuliyyət sahəsi olmalıdır; 

2.  Hər bir xərc mərkəzi təxminən eyni xarakterli xərclərə əsaslanan maşın və 

iş  yerindən  ibarət  olmalıdır.  Bu  həmin  xərc  mərkəzi  üzrə  məsrəflərin  miqdarına 

təsir  göstərən  amillərin  məcmusunun  müəyyən  edilməsini  və  məsrəflərin 

bölüşdürülmə  bazasının  seçilməsinin  asanlaşdırır.  İstehsal  sahəsində  məsrəflərin 

miqdarının  müəyyən  edilməsinin  əsas  amili  istehsal  gücünün  tam  yüksəlməsi 

hesab  olunduğundan  çox  hallarda  elə  onun  özü  xərc  mərkəzində  bölüşdürmə 

bazası  kimi  seçilir.  Bir  istehsal  sahəsində  istehsal  gücünün  yüklənməsi  imkan 

daxilində  eyni  xarakterə  malik  olmalıdır  ki,  bunun  üçün  müəssisələrin  ayrı-ayrı 

xərc mərkəzinə daha dərindən bölünməsi lazımdır; 

3.  Bütün  xərclər  öz  növlərinə  görə  heç  bir  çətinlik  olmadan  xərc 

mərkəzlərinə  silinməlidir.  Müəssisələrin  xərc  mərkəzlərinə  bölünməsi 

dərinləşdikcə  xərc  mərkəzdərinə  münasiətinə  görə  ümumi  hesab  edilən 

məsrəflərin  payı  artır  ki,  bu  da  onların  ayrı-ayrı  hissələr  üzrə  bölüşdürülməsi 

zərurətini yaradır. 

Təcrübədə üç növ məsuliyyət mərkəzinə: 

•  istehsalat 

•  xidmət 

•  və nominəl mərkəzlərə rast gəlinir 

Bu məsuliyyət mərkəzləri öz növbəsində ayrı-ayrı xırda məsuliyəət mərkəz-

lərinə  də  bölünə  bilər.  Müxtəlif  müəssisələrdə  xərc  mərkəzlərinin  dəqiqləşdirmə 

səviyyəsi müxtəlifdir. Onların miqdarı məsuliyyət mərkəzləri üzrə təhkim edilmiş 




 

36 


 

xərclərə  nəzarət  emək  üçün  rəhbərlik  tərəfindən  qarşıya  qoyulan  ğəqsəd  və 

vəzifələrdən asılıdır. Bu zaman xərc mərkəzinin sayı, miqdarı nə qədər çox olarsa, 

rəhbərliyin məsuliyyəti biro qədər yüksək olur və əksinə. 

Aparılan  tədqiqatlar  belə  nəticə  çıxarmaba  imkan  verir  ki,  mərkəzlər 

üzrəməsrəflərin  uçotu  və  nəzarəti  sisteminin  tətbiqi  təkcə  müəssisənin  təsərrüfat 

fəaliyyətinin  müxtəlif  sahələrində  məsrəflərin  toplanması,  ümumiləşdirilməsi  və 

məhdudlaşdırılması  zəruriliyi  haqqında  subyektiv  vəziyyətdən  deyil,  həm  də 

istehsal  texnoloji  və  təşkilatı  xüsusiyyətləri  ilə  əlaqədar  bir  sıra  obyektiv 

qanunauyğunluqlardan irəli gəlir. 

Digər  sahələrlə  müqayisədə  toxuculuq  sənayesi  istehsal  prosesində  xarak-

terinə  görə  özünə  məxsus  spesefik  xüsusiyyələrə  malikdir.  Bu  xüsusiyyətlər  və 

onun uota təsiri birinci fəslin ikinci paraqrafında geniş nəzərdənkeçirilmişdir. Bu 

baxımdan onların bir neçəsinin, xüsusilə məsuliyyət mərkəzləri üzrə təklif edilən 

uçot  və  nəzarət  sisteminin  tətbiqinə  bu  və  ya  digərsəviyyədə  təsir  göstərən 

xüsusiyyətlərini qeyd etməyi zəruri hesab edirik. 

Ə


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin