Microsoft Word istehsal m?SR?FL?Rinin ucotu, T?Hlili v? Onun s?M?R?Liliyinin yuks?Ldilm?Si yollari docx



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
səhifə15/32
tarix02.01.2022
ölçüsü0,58 Mb.
#46142
1   ...   11   12   13   14   15   16   17   18   ...   32
NIGAR

 


 

51 


 

FƏSİL 3. MƏHSULUN MAYA DƏYƏRİNİN TƏHLİLİ VƏ ONUN AŞAĞ

SALINMA YOLLARI 

 

3.1.

  Əmtəəlik məhsulun maya dəyərinin iqtisadi məzmunu, təhlilin 

vəzifələri informasiya mənbələri və göstəricilər sistemi 

 

İstehsalın səmərəliliyinin  və  müəssisənin təsərrüfat  fəaliyyətinin  nəticəsini 



xarakterizə  edən  əsas  göstəricilərdən  biri  də  istehsal  olunmuş  məhsulun  maya 

dəyəridir. Məhsulun maya dəyəri müəssisənin təsərrüfat fəaliyyətinin faydalılığını 

xarakterizə 

etməklə 


istehsalat 

kollektivinin, 

istehsalın 

səmərəliliyinin 

yüksəldilməsi  uğrunda  apardığı  mübarizədə  qazandığı  müvəffəqiyyətləri  özündə 

əks etdirir. Müəssisənin kollektivi nə qədər yaxşı işlərsə məhsulun maya dəyəri də 

bir o qədər aşağı olar. Məhsulun maya dəyərinin aşağı düşməsi məhsul vahidinə 

düşən canlı və əşyalaşmış əməyin azalmasında ifadə olunur. 

Maddi  istehsal sahələrində  müvafiq  göstəricilər üzrə  maya  dəyəri  və onun 

aşağı salınmasına dair tapşırıqlar işlənib hazırlanır. Ayrı-ayrı istehsal sahələrində 

məhsulun,  işin  və  xidmətlərin  maya  dəyəri  planlaşdırılarkən  hər  bir  sahənin 

istehsal  xüsusiyyətlərini  əks  etdirən  spesifik  metodlardan  istifadə  olunur. 

İstehsalın idarə olunmasının bütün vasitələrində planların tərtib olunmasının bütün 

mərhələlərində  texniki-iqtisadi  amillər  üzrə  məsrəflərin  azaldılmasından  qənaət 

hesablanır.  Texniki-iqtisadi  amillər  üzrə  maya  dəyərinin  hesablanması  vasitəsilə 

hesabat  dövründə  məhsulun  həcminin,  strukturunun  və  keyfiyyətinin,  istehsalın 

təşkilinin və yerləşdirilməsinin, istehsal texnologiyasının, təbii şəraitin və istehsal 

fəaliyyətinin  digər  şərtlərinin  dəyişilməsi  nəticəsində  istehsal  xərclərinin 

kəmiyyəti və səviyyəsi müəvyən edilir. 

Sənaye müəssisələrində məhsulun plan maya dəyəri hesablanarkən istehsala 

məsrəf  smetasından,  əmtəəlik  məhsulun  maya  dəyəri,  1  manatlıq  əmtəəlik 

məhsula məsrəf və onun aşağı salınması, ayrı-ayrı məhsul növlərinin maya dəyəri, 

müqayisə  olunan  məhsulun  maya  dəyərinin  aşağı  salınması  göstəricilərindən 



 

52 


 

istifadə olunur. Bu göstəricilərin hər biri ayrılıqda müəyyən iqtisadi məqsədi ifadə 

edir. 

Sənaye  məhsulunun  maya  dəyərinin  mühüm  göstəricilərindən  biri  də 



əmtəəlik  məhsulun  maya  dəyəridir.  Bu  göstərici  ancaq  kənara  buraxılan  hazır 

məhsullarla  əlaqədar  xərcləri  əks  etdirir.  Satlıq  məhsulun  maya  dəyəri 

hesablanarkən  istehsal  xərcləri  smetasından  qeyri-sənaye  xarakterli  işlərə  və 

xidmətlərə  məsrəflər  çıxılır,  yerdə  qalan  məbləği  müəssisənin  topdansatış 

qiymətilə  hesablanmış  əmtəəiik  məhsulunun  həcminə  bölməklə  1  manatlıq 

əmtəəlik məhsula məsrəfin həcmi müəyyən edilir. 

Bazar  iqtisadiyyatı  şəraitində  mənsuıun  maya  aəyərının  aşağı  salınması 

iqtisadiyyatın  səmərəliliyinin  yüksəldilməsində  əsas  şərtdir.  Mənfəətin 

yaranmasında əsas amillərdən biri olan maya dəyərinin rolu get-gedə artır. Hər bir 

müəssisə  tədavül  və  istehsal  xərclərinin  aşağı  salınması  hesabına  mənfəətin 

artırılmasını  nəzərdə  tutur.  Bütün  bunlarla  əlaqədar  olaraq  əmtəəiik  məhsulun 

maya  dəyərini  təhlil  etmək  üçün,  plan  üzrə  göstəricilərin  yerinə  yetirilməsini, 

onların  dinamikasını  və  plandan  kənarlaşmasını  təyin  etmək  lazımdır.  Bu 

baxımdan  məhsulun  maya  dəyəri  təhlilinin  qarşısında  duran  vəzifələr 

aşağıdakılardan ibarətdir: 

1)  Müəssisədə  və  onun  ayrı-ayrı  bölmələrində  məhsulun  maya  dəyərinin  aşağı 

salınması tapşırığının yerinə yetirilmə səviyyəsini müəyyən etmək; 

2) 


Məhsulun  istehsalı  və  satışı  ilə  əlaqədar  olan  xərclərin  plana  qarşı  aşağı 

salınması üçün ehtiyatların müəyyən edilməsi və səfərbərliyə almaq; 

3) 

Məhsulun maya dəyəri üzrə kənarlaşmalara təsir edən amillərin aşkar etmək və 



onların təsir dərəcəsini hesablamaq; 

4) 


İstifadə olunmamış istehsaldaxili ehtiyatların müəyyən etmək; 

5) 


Maya dəyərinin aşağı saıınması və ısıensaıın rentabelliyinin yüksəldilməsi üçün 

təkliflərin işlənib hazırlanması. 

 

 

Əmtəəlik  məhsulun  maya  dəyərinin  təhlil  edilməsi  üçün  əsas  informasiya 



mənbəyi kimi aşağıdakı formalardan istifadə olunur: 


 

53 


 

1. «Əmtəəlik  məhsulun  maya  dəyəri  üzrə  planın  yerinə  yetirilməsi  haqqında 

istehsal  müəssisələrinin  hesabatı»  statistik  hesabat  formasından  və  bu  formaya 

əlavədən; 

2. «Əmtəəlik məhsulun satışı» haqqında hesabatdan; 

3. «Maliyyə nəticələri haqqında hesabat» formasının məlumatlarından; 

4. «Məhsul  istehsalı  üzrə  planın  yerinə  yetirilməsi  haqqında  sənaye 

müəssisələrinin hesabatı» məlumatlarından və s. istifadə olunur, 

 

Maya  dəyəri  üzrə  göstəricilər  sistemi  ehtiyat  mənbələrini  aşkara  çıxarmaq, 



onun səviyyəsinə düzgün qiymət vermək və ona təsir göstərən amilləri daha dəqiq 

müəyyən etmək üçün imkan verir. 

 

Maya  dəyəri  üzrə  göstəricilər  sistemində  birinci  növbədə  məhsul  vahidinin 



maya dəyəri diqqəti cəlb etməlidir. Bu göstərici məhsul vahidinin maya dəyərinə 

təsir  göstərən  amilləri  daha  konkret  müəyyən  etməyə  imkan  verir,  Məhsul 

vahidinin  maya  dəyərini  təhlil  etdikdə,  texniki-iqtisadi  göstəricilərdən  istifadə 

etməyə  şərait  yaranır.  Bu  isə  müasir  dövrdə  texnikanın  istehsala  tətbiq  edilməsi 

barədə məlumat verir. 

 

Maya dəyəri üzrə geniş istifadə edilən göstəricilərdən biri əmtəəlik məhsulun 



hər  manatına  məsrəfdir.  Bu  göstərici  maya  dəyərinin  məhsulun  dəyərinə  olan 

nisbəti kimi müəyyən edilir, bu göstərici əksinə də hesablana bilər, yəni məhsulun 

dəyəri maya dəyərinə bölünürsə, resursverimi göstəricisini almaq olar. 

 

Təcrübədə  müqayisəyə  gələn  və  gəlməyən  məhsulların  maya  dəyəri 



göstəricisi  istifadə  edilir,  Son  illərdə  müəssisələrdə  əmtəəlik  məhsulun  hər 

manatına material və əmək məsrəfi göstəricisindən də istifadə edilir, bu göstərici 

materialın  və  əmək  ödənişinin  məhsulun  dəyərinə  olan  nisbəti  kimi 

müəyyənləşdirilir. 

 

Bunlardan  başqa  müəssisələrdə  sex  maya  dəyəri,  istehsal  maya  dəyəri,.tam 



maya dəyəri kimi göstəricilərdən biri də istifadə edilir, iqtisadi ədəbiyyatda sahə 

maya dəyəri, bölgə maya dəyəri kimi göstəricilərə də rast gəlmək olur. 

 

Maya  dəyəri  haqqında  tam  təsəvvürə  malik  olmaq  üçün  məsrəflərin 



meyarları üzrə təsnifatı da diqqəti cəlb etməlidir. 


 

54 


 

 

Bunlar aşağıdakılardan ibarətdir: 



•  istehsal  prosesinə  münasibətə  görə  məsrəflər  istehsal  və  qeyri-istehsal 

xərclərinə bölünür; 

•  məsrəflərin istehsal prosesində iştirakına görə əsas və üstəlik xərclərə bölünür: 

•  məsrəflər  məqsədəuyğunluqlarına görə  məhsuldar  və  qeyri  məhsuldar xərclərə 

bölünür; 

•  məsrəflər istehsalın həcminə görə sabit və dəyişən xərclərdən ibarətdir; 

•  məsrəflər  planla  əhatə  olmalarına  görə  planlaşdırılan  və  planlaşdırılmayan 

xərclərə bölünür; 

•  məsrəflər yaranma vaxtına görə cari və perspektiv qruplara bölünür; 

•  məsrəflər  eyni  tipli  əlamətlərinə  görə  bir  elementli  və  kompleks  qruplara 

bölünür. 

 

Bəzi inkişaf etmiş ölkələrdə standart maya dəyəri göstəricisindən də istifadə 



edilir. Bu müasir dövrdə mənsuiun maya dəyərinin hansı səviyyədə olmasını əks 

etdirir.  Standart  maya  dəyərinə  müvafiq  olaraq  ölkəmizdə  normativ  məsrəf 

göstəricisindən istifadə edilir, bunların arasında böyük fərq yoxdur. Bütün bunlar 

maya dəyərinin daha ətraflı təhlil edilməsinə imkan verir. 

 


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin