- 17 -
da artırır.
Belə misalları, əlbəttə, yenə davam etdirmək
olar. Amma əsas qənaət bundan ibarətdir ki, yerli
iqtisadiyyatın ehtiyaclarına uyğun olan tətbiqi elm
sahələrinin inkişafına diqqət daha da artırılmalı, bu
sahələrdəki işlər həm maddi, həm də mənəvi aspekt-
lərdə stimullaşdırılmalıdır.
Fundamental elmlərdə isə nəinki konkret tət-
biqi sahələr, hətta tətbiq istiqamətləri də irəlicədən
müəyyənləşdirilə bilmir. Burada elmi axtarışların si-
farişçisi elmin özüdür. Başqa sözlə, “elm elm üçün-
dür” prinsipi əsas tutulur. Əlbəttə, burada əldə olu-
nan biliklər də istifadəsiz qalmır. Hər hansı yeni el-
mi bilik nə vaxtsa, hansı ölkədə isə, hansı istehsal
sahəsində isə istifadə olunacaqdır. Lakin ünvan və
zaman qeyri-müəyyəndir.
Beləliklə, fundamental elmlər milli ideallar-
dan daha çox, ümumbəşəri ideallara xidmət edir. Bu
sahələrdə də Azərbaycanın böyük elm adamlarının,
xüsusilə Elmlər Akademiyasında çalışmış və riya-
ziyyatda və təbiətşünaslıqda yeni istiqamətlərin əsa-
sını qoymuş görkəmli şəxsiyyətlərin, məsələn, aka-
demik Zahid Xəlilovun, akademik Əşrəf Hüseyno-
vun və s. böyük xidmətləri qeyd edilə bilər.
Əlbəttə, bəşər övladı olaraq bizim hər birimiz
ümumbəşəri tərəqqidə iştirakçı olduğumuz üçün
fəxr etməliyik; lakin şüurlu surətdə, yaxın və uzaq
məqsədləri anlamaqla. Belə ki, müasir fizikanın,