elmi cəhətdən əsaslandırılmış vergi islahatları həyata keçirilməyə
başlanıldı.
Qeyd etmək lazımdır ki, ideal vergi sisteminin yaradılması hələ
də bəşəriyyətə müəssər olmamışdır. Vergi yolu ilə qazancın müəyyən bi
hissəsi məcburi qaydada özgəninkiləşdirildiyindən tarix boyu vergi
ödəyicilərinin ona münasibəti heç də bir mənalı olmamışdır. Hələ XIII
əsrdə görkəmli
kilsə xadimi və filosof Foma Akvinski (1226-1274)
vergiləri «soyğunçuluğun yol verilən forması» adlandırmışdı. Hazırda
maliyyə elmi qarşısında duran əsas məsələ dövlətin və vergi
ödəyicilərinin maraqlarını maksimum nəzərə alan vergi sisteminin
yaradılmasıdır. Demək olar ki, inkişaf səviyyəsindən asılı olmayaraq
bütün ölkələrdə daim aparılan vergi islahatları məhz bu istəyin
nəticəsidir.
Dostları ilə paylaş: