Gömrükxanalarda bac alınırdı. Mövcud vergilər zəhmətkeşlərin
gəlirinin 3\4 hissəsini aparırdı.
Vergi toplamaqla ayrıca idarə – divan məşğul olurdu. Divan
vergiləri ya dövlət darğaları vasitəsilə, ya da vergi yığmaq hüququnu
icarəyə vermək (müqatiə) yolu ilə toplanırdı. Azərbaycanın cənub
vilayətlərində toplanan vergi 210 tümənə (1 tümən – 10 min dinar),
şimal vilayətlərində toplanan vergi isə 54 tümənə çatırdı. Vergi verə
bilməyənlərə icbari əmək müəyyən edilirdi.
Xəzinə gəlirinin azalması, kəndlilər arasında qaçqınçılıq və
ixtisasların artması ilə əlaqədar olaraq Keyxatu xan pul islahatı keçirdi:
ölkədə kağız pullar – ça tədavülə buraxıldı.
Lakin bu tədbir səmərə vermədi, bazar qiymətləri artdı, ticarət
dövriyyəsi azaldı. Qazan xan feodalların hakimiyyətini möhkəmlətmək,
dövlət gəlirini artırmaq məqsədilə bir sıra qanunlar verdi. Divan
torpaqlarından əkin sahələri irsi iqta hüququ əsasında kəndlilərə
paylandı.
Qazan xan vergi sistemini qaydaya salmağa çalışaraq bəzi vergiləri
məhdudlaşdırdı. İslahat müəyyən dərəcədə kənd təsərrüfatı istehsalının
yüksəlişinə, gəlirin artmasına və onun daha müntəzəm xəzinəyə
yığılmasına səbəb oldu.
XV əsrdə Azərbaycanda Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin
mövcud olduğu bir dövrdə otuzdan çox adda vergi və mükəlləfiyyət
mövcud idi və bu ağır vergi sistemi əhalini əzirdi. Məlcahət (və ya
bəhrə) əsas vergi olmuşdur. Uzun Həsənin “Qanunnamə”sinə əsasən
bəhrə əldə edilən məhsulun 1\5 hissəsini təşkil etmişdir. Kəndlilər