FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə22/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   18   19   20   21   22   23   24   25   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
14


4. Azərbaycan Demokratik Respublikasında  
(1918 – 1920-ci illər) və Sovet dövründə vergilər 
 
 
Azərbaycan  Xalq  Cümhuriyyət  Hökumətinin  büdcəsi  aşağıdakı 
vergi növləri hesabına formalaşırdı: 
 
1. Birbaşa vergilər – torpaq vergisi, daşınmaz əmlak vergisi, dövlət 
gəlir  vergisi,  sənaye  vergisi,  kapital  qoyuluşundan  gəlir  vergisi,  hərbi 
mükəlləfiyyət vergisi, notarial vergi
 
2.  Dolayı  vergilər  –  tütün,  papiros  kağızları,  şəkər,  çay,  ağ  neft, 
benzin, kerosin, sürtkü yağlarından və digər neft məhsullarından tutulan 
vergi, gömrük rüsumu və gəlirləri
 
3.  Möhür  haqqı  –  məhkəmə,  kargüzarlıq,  sənəd  yazışmalarından 
gəlirlər; 
 
4.  Hökumət  inhisarlarına  aid  vergilər  –  mədən  gəliri,  poçt  gəliri, 
teleqraf 
gəliri, 
meşələrdən,  balıq  vətəgələrindən,  pambıqçılıq 
təsərrüfatlarından gəlirlər; 
 
5.  Dövlət  dəmir  yolundan  gəlirlər  –  yük  daşınmasından  gələn 
gəlirlər. 
 
Bütün  siyasi  partiyalar,  o  cümlədən  hökumət  partiyası  olan 
“Müsavat” da dolayı vergilərin ləğvi və mütərəqqi gəlir vergisinin tətbiq 
edilməsini istəsələr də, hökumət və parlament əlavə vəsait əldə edilməsi 
məqsədilə tez-tez dolayı vergilərin tətbiqinə məcbur olurdu. 1919-cu ilin 
əvvəlinədək  dövlətin  gəliri  600  mln.  manat  idi  ki,  bunun  da  400  mln. 
manatı dolayı vergilərin, xüsusən neft məhsullarının payına düşürdü.  
 
Vergi  siyasətindəki  vəziyyət  bir  də  o  səbəbdən  ağırlaşmışdı  ki, 
bütün  yerlərdə  vergilərin  təyin  edilməsi  və  yığılmasını  həyata  keçirən 
məsul struktur orqanlar yox idi, o zaman vergiləri qəza rəisləri yığırdılar. 
Maliyyə  Nazirliyi  nəzdindəki  müvafiq  vergi  şöbəsi  obyektiv  səbəblərə 
görə vergi növlərinin və ölkə ərazisini bütünlüklə əhatə edə bilməmişdi. 
 
1919-cu  il  martın  17-də  parlamentin  qəbul  etdiyi  yeni  qanuna 
əsasən  yerlərdə  vergi  yığmaq  hüququ  üzvləri  zemstvo  yığıncaqları  və 
icmalar  tərəfindən  seçilən  gəlir  vergisi  üzrə  quberniya  və  qəza  idarə 
heyətlərinə  verildi.  Bundan  əlavə,  iyulun  16-da  parlament  Maliyyə 
Nazirliyi  nəzdində  vergi  müfəttişi  vəzifəsini  təsis  etdi,  ona  vergi 
müvəkkillərinin  və  vergi  məntəqələrinin  fəaliyyətini  nəzarətində 
saxlamaq və təftiş etmək səlahiyyəti həvalə olundu. 
 
1920-1991-ci  illərdə  Azərbaycan  SSRİ-nin  tərkibində  olduğundan 
onun  öz  müstəqil  vergi  sistemi  olmamışdır.  Bu  dövrdə  Azərbaycan 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin