FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə25/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   21   22   23   24   25   26   27   28   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
17


artıran proqressiv şkala üzrə vergi ödəyirlər. Beləliklə, dövlət çalışır ki, 
gəlirləri çox yüksək və çox aşağı olan vətəndaşlar arasında disproporsiya 
qismən də olsa tarazlaşsın. 
 
Yenidənqurma  və  təsərrüfatçılığın  yeni  mexanizmlərinə  keçid 
SSRİ-də  vergitutmanın  dirçəlməsinə  səbəb  oldu.  Artıq  80-ci  illərin 
sonlarında  kooperativlərin  mənfəətindən  tutulan  verginin  dərəcəsinin 
yüksəldilməsinə ciddi cəhdlər edildi.            
 
5. Vergitutmanın  nəzəriyyələri 
 
 
Vergi  nəzəriyyəsi  –  vergilərin  təbiəti  və  mahiyyəti,  onların 
cəmiyyətin  həyatındakı  rolu  və  əhəmiyyəti  barədə  elmi  biliklərin 
sistemidir. Vergiqoymanın nəzəri cəhətdən əsaslandırılması çox da dərin 
tarixi  köklərə  malik  deyil.  XVII  əsrə  qədər  vergilər  haqqında  bütün 
təsəvvürlər  təsadüfi  və  sistemsiz  xarakter  daşıyırdı.  Bu  isə  həmin 
təsəvvürləri  vergitutma  sahəsində  ciddi  nəzəri  işlərə  aid  etməyə  əsas 
vermir.  Əsas  vergi  nəzəriyyələri  bitkin  bir  təlim  kimi  XVII  əsrdən 
başlayaraq formalaşmışdır. 
  
Ən ilk ümumi vergi nəzəriyyələrindən biri vergitutmanın qarşılıqlı, 
əvəzli xarakterinə əsaslanan mübadilə nəzəriyyəsidir. Bu nəzəriyyənin 
mahiyyəti  ondan  ibarətdir  ki,  vergilərin  müqabilində  vətəndaşlar 
dövlətdən xarici müdaxilədən mühafizə, ictimai asayişin qorunması və s. 
kimi  xidmətlər  alırlar.  Ancaq  bu  nəzəriyyə  yalnız  orta  əsrlər  şəraitində 
tətbiq  oluna  bilərdi.  O  dövrlərdə  toplanmış  yığım  və  rüsumlarla  hərbi 
kömək alınırdı və bu da elə bir təsəvvür yaradırdı ki, sanki kral ilə onun 
təbəəsi  arasında  həqiqətən  bu  barədə  müqavilə  bağlanıb.  Belə  bir 
şəraitdə mübadilə nəzəriyyəsi mövcud münasibətlərin formal əksi idi.  
 
XVI əsrin sonları XVII əsrin əvvəllərində mübadilə nəzəriyyəsinin 
bir növü kimi atomistik nəzəriyyə yarandı. Onun nümayəndələri fransız 
maarifçiləri  Sebastyen  Le  Pretr  de  Voban  (1633  –  1707)  və  Şarl  Lui 
Monteskye  (1689  –  1755)  idilər.  Bu  nəzəriyyəyə  görə  vergilər 
vətəndaşlarla  dövlət  arasında  olan  müqavilənin  nəticəsidir  ki,  bunun  da 
əsasında  onlar  müəyyən  xidmətlərə  görə  dövlətə  haqq  ödəyirlər. 
Vergilər  vətəndaşların  mühafizəsi  və  ölkənin  müdafiəsi  müqabilində 
məcburi  ödəniş  kimi  çıxış  edirlər.  Son  nəticədə  belə  bir  mübadilə 
əlverişlidir,  çünki  ən  bacarıqsız  hökumət  belə  təbəələrin  onların  hər 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin