FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə26/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   22   23   24   25   26   27   28   29   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
18


birinin özlərini müstəqil surətdə müdafiə etməsindən daha ucuz və daha 
etibarlı mühafizə edir. 
 
XIX  əsrin  birinci  yarısında  İsveçrəli  iqtisadçı  Jan  Simond  de 
Sismondi (1773 – 1842) «Siyasi iqtisadin yeni başlanğıcları» (1819) adlı 
əsərində vergi nəzəriyyəsini zövq, ləzzət nəzəriyyəsi kimi ifadə etdi. Bu 
nəzəriyyəyə  görə  vergi  vətəndaşın  cəmiyyətdən  aldığı  zövqə,  ləzzətə 
görə ödədiyi qiymətdir. 
 
Vergilərin ümumi nəzəriyyələri 
 
Adı 
Dövrü 
Baniləri 
Mübadilə nəzəriyyəsi 
Orta əsrlər 

Atomistik nəzəriyyə 
XVI – XVII əsrlər 
S.Voban, Ş.Monteskye, 
T.Qobbs, Volter, 
O.Mirabo 
Zövq (ləzzət) nəzəriyyəsi 
XIX əsrin I yarısı 
J.Simond de Sismondi 
Vergilər sığorta mükafatı kimi  XIX əsrin I yarısı 
J.Mak-Kulloh, A.Tyer 
Klassik nəzəriyyə 
XVIII əsrin II yarısı 
XIX əsrin I yarısı 
A.Smit, D.Rikardo 
Keyns nəzəriyyəsi 
XX əsrin I yarısı 
C.Keyns 
Monetarist nəzəriyyə 
XX əsrin 50-ci illəri 
M.Fridman 
Təklif iqtisadiyyatı nəzəriyyəsi  XX əsrin 80-ci illəri 
M.Berns, Q.Stayn 
 
Elə  həmin  dövrlərdə  vergilərə  sığorta  mükafatı  kimi  baxan 
nəzəriyyə  də  formalaşmağa  başladı.  Bu  nəzəriyyələrin  nümayəndələri 
fransız dövlət xadimi Adolf Tyer (1797-1877) və ingilis iqtisadçısı Con 
Ramsey  Mak  Kulloh  (1789-1864)  idilər.Onların  fikrincə  vergilər  hər 
hansı  bir  riskin  yaranacağı  təqdirdə  vətəndaşların  dövlətə  ödədikləri 
sığorta ödənişidir. Vergi ödəyiciləri kommersant olmaqla, öz gəlirlərinin 
həcmindən  asılı  olaraq  müharibə,  oğurluq,  yanğın  və  s.-dən  öz 
mülkiyyətlərini  sığortalayırlar.  Ancaq  həqiqi  sığortadan  fərqli  olaraq 
vergilər  sığorta  halı  yarandıqda  onun  əvəzini  geri  almaq  üçün  deyil, 
müdafiə  və  qanunçuluğun  təmin  edilməsi  üçün  dövlətin  xərclərinin 
maliyyələşdirilməsi üçün ödənilir. 
Vergilərin  klassik  nəzəriyyəsi  daha  yüksək  nəzəri  səviyyəyə 
malikdir və ingilis iqtisadçıları Adam Smit (1723-1790), David Rikardo 
(1772-1823)  və  onların  ardıcılları  J.B.Sey,  U.Petti  və  C.Millin  elmi 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin