FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə17/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   13   14   15   16   17   18   19   20   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
10


Azərbaycandan  ildə  4  –  4,5  milyon  dirhəm  xərac  toplandıqlarını  qeyd 
edirlər. 
 
Xəracdan başqa müsəlman ailəsi öz əmlakına görə nəzir verirdi ki, 
buna  da  zəkat  və  ya  sədəqə  deyilirdi.  Müsəlman  olmayan  əhalidən  can 
vergisi – cizyə alınırdı. 
 
Böyük  Səlcuq  imperiyasının  yaranması  ilə  torpaq  mülkiyyəti  və 
vergi sistemində ciddi dəyişikliklər baş verdi. 
 
Əhalidən  ənənəvi vergilərdən  əlavə səlcuq döyüşçüləri üçün silah 
və  şərab  tədarük  etmək,  onların  atlarını  nallamaq  üçün  mal-üs-silah, 
şərab  bahası,  nal  bahası  kimi  vergi,  şəhər  sənətkarlarından  isə  onların 
hazırladığı  sənət  məhsullarından  pay  alınmağa  başlandı.  Ümumiyyətlə, 
XI  –  XIII  əsrin  əvvəllərində  əhalinin  müxtəlif  təbəqələrinin  xərac,  üşr, 
cizyə, haqq, alaf, nüzl, avariz, qismət, təyyarət, dəraib və bir çox başqa 
vergi, rüsum və mükəlləfiyyətlər ödədiyi məlumdur. 
 
Səlcuqilər  imperiyasının  tənəzzülündən  sonra  Şirvanşahlar  dövləti 
bərpa olundu və Azəbaycan ərazisində Atabəylər dövləti yarandı. 
 
Əvvəlki  əsrlərdə  olduğu  kimi  topaq  üzərində  mülkiyyət 
formalarından  biri  iqta  adlanırdı.  Şirvan  və  Eldənizlər  dövlətinin 
hökmdarları özlərinə yaxın olan adamlara iqta adı ilə iri şəhərlər, bütöv 
əyalətlər və torpaq sahələri verirdi. İqta xidmətə görə verildiyi üçün irsi 
mülkiyyət hesab edilmirdi. 
 
Mülkiyyət formalarından biri də feodalların və əyanların əllərində 
olan  xüsusi  torpaqlar  idi  ki,  bu,  mülk  adlanırdı.  Mülk  torpaqları  irsi 
olaraq  nəsildən-nəslə  keçə  bilirdi.  Feodal  həmin  torpağı  başqasına 
bağışlaya və ya sata bilərdi. Mülk sahibi dövlətə xərac verirdi. 
 
Məscidlərin,  ruhani  və  xeyriyyə  təşkilatlarının,  müqəddəs  yerlərin 
ixtiyarında  olan  torpaq  sahələri  vəqf  adlanırdı.  Bu  torpaqların  gəliri 
məscidlərin,  mədrəsələrin  və  ruhani  idarələrinin  ehtiyaclarına  sərf 
olunurdu. 
 
Kəndlilər  və  sənətkarlar  istehsal  etdikləri  vergilərin  70  faizə 
qədərini  feodallara  və  xəzinəyə  verməli  olurdular.  Eldənizlər  dövlətinə 
xəzinəyə  daxil  olan  vergilərin  miqdarı  8,5  milyon  Abbasi  dinarı 
həcmində idi.  
 
Ağır  vergilərin  biri  torpaq  vergisi  –  xərac  idi.  Xərac  pul  və  ya 
natura  şəklində  alınırdı.  Əvvəlki  dövrlərdə  olduğu  kimi  müsəlman 
olmayan əhalidən cizyə deyilən vergi toplanırdı. Xass torpaqlarından və 
iqta  sahiblərindən  uşr  deyilən  onda  bir  vergisi  toplanırdı.  Adından 
göründüyü  kimi,  bu  gəlirin  ondan  birini  təşkil  edirdi.  Köçəri  maldarlar 
otlaqlardan istifadə etdikləri üçün xəzinəyə haqq deyilən vergi verirdilər. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin