FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov


 X – XX əsrin əvvəllərində Azərbaycanda vergilər



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə16/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   12   13   14   15   16   17   18   19   ...   179
Vergilər Və Vergitutma

3. X – XX əsrin əvvəllərində Azərbaycanda vergilər 
 
IX  –  XI  əsrlərdə  Azərbaycanda  feodal  münasibətləri  inkişaf 
etmişdi.  Torpaq  mülkiyyəti  forması  olan  mülk  (və  ya  mülk  torpaqları) 
xüsusi  mülkiyyət  idi,  onu  almaq,  satmaq,  irsən  vermək,  bağışlamaq, 
girov qoymaq olurdu. Mülk sahibi (malik) və ya mülkədar dövlətə xərac, 
yəni yeni torpaq vergisi verirdi. 
 
Dövlətə  məxsus,  yəni  gəliri  birbaşa  xəzinəyə  gələn  torpaqlara 
divani  deyilirdi.  Bu  dövrdə  şərti  torpaq  mülkləri  –  iqta  sistemi  inkişaf 
etməkdə  idi.  Zaman  keçdikcə  iqta  torpaqları  iqtidarların  xüsusi 
mülkiyyətinə çevrildi. 
 
Bu dövrdə icma torpaqları da mövcud idi. İcma torpaqları dövlətin 
mülkiyyətində idi. Buna görə də həmin torpaqlardan elliklə istifadə edən  
camaat bunun müqabilində dövlətə torpaq vergisi – xərac verirdi.  
 
Torpaqdan  istifadə  müqabilində  kəndlidən  alınan  vergi  uşr  və  ya 
üşur (onda bir), sonralar isə xərac adlanırdı. Xərac toplamaq üçün ayrı-
ayrı  adamlara  verilən  icazə  kağızına  qəbalə  deyilirdi.  Xərac  toplayan 
vergi  məmurları  mütəqəbbil  və  ya  amil,  maliyyə  müfəttişləri  isə 
mütəsərrif  adlanırdılar.  Amillər  xərracı  özbaşına  artırırdılar  və  bəzən 
məhsulun  yarısı  kəndlinin  əlindən  alınırdı.  Xərac  əvvəllər  əsasən 
məhsulla  alınırdı.  Azərbaycan  kəndliləri  X  –  XI  əsrlərdə  xəracın 
müəyyən  hissəsini  pulla  ödəyirdi.  Bu,  hələ  o  zaman  Azərbaycanda 
əmtəə–pul  münasibətlərinin  inkişaf  etdiyini  göstərir.  IX  əsr  tarixçiləri 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin