Uşr – hər il əkinçilik, heyvandarlıq , balıqçılıq məhsullarından
satış üçün nəzərdə tutulan və qiyməti 200 dirhəmdən artıq olan başqa
məhsullardan natura ilə alınan onda bir vergisi idi.
Şirvanda (Bakıda) bunlardan başqa neft və duz mənbələri üzərinə
də vergi qoyulmuşdu.
Bütün bunlar isə xilafətə qarşı mübarizə meyllərinin güclənməsinə
səbəb olurdu. Belə bir şəraitdə Azərbaycanda Sacilər (889-942-ci illər)
dövləti meydana gəldi. Bu dövlət 912-ci ilə qədər hər il xilafətin
xəzinəsinə 120 min dinar xərac verirdi. 912-ci ildə Saci hökmdarı Yusif
xilafətə xərac verməkdən imtina etdi və Azərbaycanın vilayətlərindən
toplanan vergilər Sacilərin xəzinəsinə daxil olmağa başladı.
Ümumilikdə Azərbaycandan toplanan xəracın məbləği o dövr üçün
500 min dinar təşkil edirdi. (1 dinar = 15 dirhəm)
Dostları ilə paylaş: