FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə141/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   137   138   139   140   141   142   143   144   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
108


qalması zamanı vergi tutulan əməliyyatın dəyəri həmin malların (işlərin, 
xidmətlərin) ƏDV nəzərə alınmadan formalaşan dəyərindən ibarətdir. 
 
Vergi tutulan idxalın dəyəri malların Azərbaycan Respublikasının 
gömrük  qanunvericiliyinə  uyğun  olaraq  müəyyən  edilən  gömrük 
dəyərindən və mallar Azərbaycan Respublikasına gətirilərkən ödənilməli 
olan rüsumlardan və vergilərdən (ƏDV nəzərə alınmadan) ibarətdir. 
 
5. ƏDV – dən azad olmalar 
 
    
 
Malların  ixracından  başqa,  malların  təqdim  edilməsinin,  işlər 
görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə 
idxalın aşağıdakı növlərindən ƏDV tutulmur: 
 
-  özəlləşdirmə  qaydasında  dövlət  müəssisəsindən  satın  alınan 
əmlakın  dəyəri,  habelə  dövlət  əmlakının  icarəyə  verilməsindən  alınan 
icarə haqqının büdcəyə ödənilməli olan hissəsi; 
 
- maliyyə xidmətlərinin göstərilməsi; 
 
Maliyyə xidmətlərinə aşağıdakılar aid edilir: 
 
a) kreditlərin, maliyyə lizinqi əməliyyatlarının kredit təminatlarının 
və pul-kredit əməliyyatlarında hər hansı girov və ya lombard təminatının 
təqdim  edilməsi  və  qaytarılması,  o  cümlədən  kredit  və  ya  təminatı 
təqdim etmiş şəxsin kreditləri və kredit təminatlarını idarə etməsi; 
 
b)  müştərilərin  depozitlərinin  və  hesablarının  idarə  edilməsi, 
tədiyələr,  köçürmələr,  borc  öhdəlikləri  və  tədiyə  vasitələri  ilə  bağlı 
əməliyyatlar; 
 
c)  qanuni  tədiyə  vasitələri  olan  valyutanın,  pul  vəsaitlərinin  və 
əskinasların  (numizmatika  əşyalarından  başqa)  tədavülü  ilə  bağlı 
əməliyyatlar; 
 
ç)  səhmlərin,  istiqraz  vərəqələrinin,  sertifikatların,  veksellərin, 
çekləri  və  digər  qiymətli  kağızların  tədavülü  ilə  bağlı  əməliyyatlar. 
İnkassasiya  xidmətləri  və  ya  banknotların,  qiymətli  kağızların  və  ya 
digər  qiymətlilərin  saxlanması  və  ya  onların  qorunmasının  təmin 
edilməsi üzrə xidmətlər maliyyə xidmətlərinə aid deyildir; 
 
d)  törəmə  maliyyə  vasitələri  ilə  əqdlərə,  vorvard  müqavilələrinə, 
opsionlara və analoji sazişlərə aid əməliyyatlar; 
 
e) investisiya fondlarının idarə edilməsi ilə bağlı xidmətlər; 
 
ə) sığorta və təkrar sığorta əməliyyatları. 
 
-  milli  və  ya  xarici  valyutanın  (numizmatika  məqsədlərindən 
başqa), həmçinin qiymətli kağızların göndərilməsi və ya idxal edilməsi; 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin