- Azərbaycan Respublikasının Milli Bankının aktivlərində
yerləşdirilməsi üçün nəzərdə tutulan qızılın, habelə valyuta sərvətlərinin,
xaricdə istehsal edilmiş Azərbaycan Respublikası pul nişanlarının,
yubiley sikkələrinin və digər bu qəbildən olan qiymətlilərin idxalı;
- idxal olunan əmlak istisna olmaqla müəssisənin nizamnamə
fonduna pay şəklində hər hansı əmlakın qoyulması;
- tutulan məbləğlər hədlərində dövlət hakimiyyəti, yerli
özünüidarəetmə və digər səlahiyyətli orqanların tutduğu dövlət rüsumu,
icazə haqları, yığımlar və onların tutulması müqabilində göstərdiyi
xidmətlər;
- kütləvi informasiya vasitələri məhsullarının alqı-satqısının bütün
növləri üzrə dövriyyələr, mətbu kütləvi informasiya vasitələri məhsulları
istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam
xidmətləri istisna olmaqla);
- orta məktəb dərslikləri, uşaq ədəbiyyatının və büdcədən
maliyyələşdirilən dövlət əhəmiyyətli nəşrlərin istehsalı ilə bağlı
redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti;
- dəfn və qəbiristanlığın mərasim xidmətləri;
- Azərbaycan Respublikası Milli Bankının və qanunvericiliklə
nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi ilə bağlı mal idxalı, iş
görülməsi və xidmət göstərilməsi;
- Azərbaycan Respublikasına, o cümlədən onu təmsil edən hüquqi
şəxslərə neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay
bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər
sazişlərə uyğun olaraq verilməsi nəzərdə tutulan əsas fondların, daşınan
əmlakın və digər aktivlərin Azərbaycan Respublikası Dövlət Neft
Fonduna hər hansı şəkildə təqdim edilməsi üzrə əməliyyatlar.
Bundan başqa idxalın bir sıra növləri Azərbaycan Respublikası
Nazirlər Kabineti tərəfindən ƏDV-dən azad edilə bilər.
Dostları ilə paylaş: