- vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının
aradan qaldırılmasını, habelə vergi ödəyicisi auditor tərəfindən
yoxlanılmalı olduğu halda auditor rəyini tələb etmək;
- qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin
pozulması ilə baglı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi
borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və
inzibati cərimələr tətbiq etmək;
- müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin,
maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən
edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək;
- vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından
qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və
faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə
alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş)
sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil
etmək;
- qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma,
valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia
qaldırmaq. Vergi məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi
ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək;
-
“Əməliyyat-axtarış
fəaliyyəti
haqqında”
Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada
vətəndaşların vergi məsələləri ilə bağlı sorğusunu həyata keçirtmək;
-
“Əməliyyat-axtarış
fəaliyyəti
haqqında”
Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada
binalara (yaşayış sahələri istisna olmaqla), qurğulara və torpaq
sahələrinə daxil olmaq və baxış keçirtmək;
-
“Əməliyyat-axtarış
fəaliyyəti
haqqında”
Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda və qaydada
nəzarət qaydasında mal alqısını həyata keçirtmək;
- Azərbaycan Respublikasının Cinayət-Prosessual məcəlləsi ilə
müəyyən edilmiş qaydada təhqiqat aparmaq;
- aksiz markası ilə markalanmalı olan malların markalanmadan
satışının həyata keçirilməsi aşkar edildikdə, həmin malları siyahıya
almaq və vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanlarının
vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya
qoymaq;
- Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada mütəxəssisləri,
ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək;
Dostları ilə paylaş: