FəNN: vergiLƏr və vergitutma mühaziRƏ MÜƏLLİMİ: İ. E. D. M. C. HÜseynov



Yüklə 1,65 Mb.
Pdf görüntüsü
səhifə63/179
tarix02.01.2022
ölçüsü1,65 Mb.
#46450
1   ...   59   60   61   62   63   64   65   66   ...   179
Vergilər Və Vergitutma

KitabYurdu.az 
45


 
-  Vergi  Məcəlləsində  və  qanunvericilikdə  nəzərdə  tutulmuş 
qaydada  vergi  ödəyiciləri  haqqında  məlumatın,  o  cümlədən  vergi  və 
kommersiya  sirrinin  qorunması  qaydalarına  riayət  etmək  və  onu  təmin 
etmək; 
 
-  vergi  ödəyicilərinə  vergi  yoxlamalarının  nəticələri  haqqında 
aktın, habelə qanunvericiliklə müəyyən edilmiş hallarda vergi orqanının 
qərarının surətini vermək; 
 
-  vergi  ödəyiciləri  tərəfindən  artıq  ödənilmiş  vergi  məbləğlərinin 
əvəzləşdirilməsi  və  ya  geri  qaytarılması,  habelə  vergi  ödəyicilərindən 
düzgün  tutulmayan  vergi  məbləğlərinin,  maliyyə  sanksiyalarının, 
faizlərin  və  inzibati  cərimələrin  geri  qaytarılması  üçün  qanunvericiliklə 
müəyyən edilmiş tədbirləri görmək
 
-  tabeliyində  olan  vergi  orqanlarının  fəaliyyətinə  nəzarəti  həyata 
keçirmək; 
 
-  Vergi  Məcəlləsi  və  Azərbaycan  Respublikasının  digər 
qanunvericilik  aktları  ilə  vergi  orqanlarının  təyinatına  uyğun  olaraq 
müəyyən edilmiş digər vəzifələri həyata keçirmək. 
 
Vergi orqanlarının vəzifəli şəxsləri dövlət qulluğundadırlar. Vergi 
orqanlarının  vəzifəli  şəxsləri  Azərbaycan  Respublikası  Vergilər  Naziri 
tərəfindən müəyyən edilmiş qaydada vəzifəyə təyin olunur və vəzifədən 
azad olunur. 
 
Vergi  orqanlarının  vəzifəli  şəxsləri  elmi,  pedaqoji  və  yaradıcılıq 
fəaliyyəti istisna olmaqla, heç bir sahibkarlıq və digər ödənişli fəaliyyət 
növləri ilə məşğul ola bilməzlər. 

Yüklə 1,65 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin