Vergi yoxlamaları vergilərin düzgün və tam hesablanmasına
bilavasitə nəzarəti təmin edir.
Vergi ödəyicilərinin uçotu vergi yoxlamasının aparılacağı bütün
obyektlər haqqında vahid məlumatlar bazasının yaradılmasını təmin
edir. Bu məlumatlar bazası vergi ödəyicilərinin vahid dövlət reyestri
şəklində formalaşır.
Vergi orqanları tərəfindən vergi ödənişlərinin operativ-mühasibat
uçotunun aparılması hesablanmış vergilərin büdcəyə tam və vaxtında
daxil olmasına nəzarətin təmin olunmasına yönəldidir.
Fiziki şəxslərin xərclərinin onların gəlirlərinə uyğunluğuna nəzarət
fiziki şəxslərin faktiki olaraq çəkdikləri xərclər və onların vergi
orqanlarına təqdim etdikləri bəyannamələrdəki gəlirləri barədə
məlumatları müqayisə etməklə fiziki şəxslərin ödədikləri vergilərin
tamlığına nəzarətdir.
Dostları ilə paylaş: