həyata keçirilməsi məqsədilə yaradılan bölmələri ayrıca uçota alına və
onlara VÖEN verilə bilər.
Hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan
həyata keçirən fiziki şəxsin (fərdi sahibkarın) vergi ödəməsi vəzifəsini
şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi
orqanında vergi ödəyicisi kimi uçota alınır.
Vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən
onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Vergi
orqanına ərizə hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən,
Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə
sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə filial və nümayəndəliyin
yaradılmasından sonra 30 gün müddətində verilməlidir. Dövlət
qeydiyyatını həyata keçirən orqan göstərilən şəxslərin dövlət
qeydiyyatına alınması barədə onlara qeydiyyat sənədləri ilə birlikdə
həmin sənədlərin verilməsi tarixini əks etdirən arayış verir.
Daimi nümayəndəliyin vergi orqanlarında uçota alınması
Azərbaycan Respublikasının hüquqi şəxsləri üçün müəyyən edilmiş
qaydada həyata keçirilir.
Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən
fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi
orqanına verməlidir.
Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan
(tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan
fiziki şəxslər yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda
gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ
yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidir.
Vergi ödəyicisinin vergi uçotuna alınması yerinin müəyyən
edilməsi ilə bağlı çətinliklər ortaya çıxdıqda, təqdim olunmuş
məlumatlar əsasında yuxarı vergi orqanı tərəfindən qərar qəbul edilə
bilər.
Vergilər Nazirliyi tərəfindən müəyyən edilən iri vergi ödəyiciləri
və xüsusi vergi rejimli müəssisələr Nazirlər Kabinetinin müəyyən etdiyi
qaydada mərkəzləşdirilmiş uçota alına bilər.
İri vergi ödəyicilərinin və xüsusi vergi rejimli müəssisələrin
mərkəzləşdirilmiş uçotu Azərbaycan Respublikası Vergilər Nazirliyinin
İri vergi ödəyiciləri və xüsusi vergi rejimli müəssisələr ilə iş üzrə
Departament tərəfindən aparılır.
Dostları ilə paylaş: