Dolab//Dolaf//Dolax//Dolav//Dollab. Azərbaycan dilinin
Кürdəmir, Şuşa, Kəlbəcər, Dərbənd şivələrində “hiyləgər, bic” mə-
nasında işlənir: Əlirza yaman dolabdı (Kürdəmir); Dolav adama pul
vermırıx (Kəlbəcər). Bu söz bəzi şivələrdə (Kürdəmir, Şuşa, Ağdam,
Zabitə Teymurlu
84
Qazax) “hiylə, fırıldaq, bicliк” mənasında işlənir: Əhməd dolabdan
başqa bir iş bilmir (Şuşa) mənalarını ifadə edir (7, 139, 140). Azər-
baycan dilinin Ağdam şivəsində dolaf gəlməx` frazeoloji birləşməsi
“aldatmaq, fırıldaq işlətmək” mənasını ifadə edir: Maηa dolaf gəl-
məx` isdiyirdi, yaxşı başa tüşdüm (Ağdam) (7, 139).
Türk ədəbi dilində “aldadılmaq” mənasında dolaba gelmek ifa-
dəsi işlənir (68, 738).
Türk ədəbi dilində dolap sözü “oyun, hiylə, fırıldaq” kimi məca-
zi mənaları ifadə edir (75, 295): Asistanlar deftere bir şeyler yazıyor-
lar, camlı dolapları karıştırıyorlar (Peyami Safa); Karşılık olarak ben
de sana /Mutfaktaki dolaptan aşırıp/Tereyağı veririm (Orhan V.Ka-
nık) (68, 738); Çеvirdiğin dolapların hеpsini biliyorum (137, 238);
Târihte bize dost görünüp arkamızdan nice dolaplar çeviren ve top-
raklarımıza göz diken batılı devletlerin oyunlarına gelerek asırlarca
bu vatan topraklarında barış ve huzur içinde birlikte yaşadığımız Rum,
Ermeni, Yahûdi gibi azınlıkların arkamızdan çevirdikleri dolapları
gözler önüne serer (126, 7). Burada dolap çеvirmeк “oyun еtməк”
mənasını ifadə edir.
Qədim türk dili abidələrində tolav (dolab) şəklinə təsadüf olu-
nub (103, 209).
Azərbaycan ədəbi dilində dolap sözü “şkaf; quyudan su çıxar-
mağa məxsus çarx; kələk, hiylə, fənd, biclik, dolaşıq iş” mənalarında
qeydə alınıb (10, 661). Dolab leksik vahidi ərəbcə dûlâb sözündən
əmələ gəlib “şkaf” mənasını ifadə edir (105, 269).
Dürrü. Azərbaycan dilinin Tovuz şivəsində “məhsuldar, bol
məhsullu” mənalarında işlənir: Hələlix`də bizim bağdan dürrü bağ
yoxdu (7, 148). Bu qədim sözə Salyan rayon şivəsində «cürbəcür»
mənasında rast gəlinib: İrəhmətdiyin dürrü sobətdəri vareydi; İndi
dürrü-dürrü danışacaq, ağzınnan dürr töküləcəy (48, 109).
Türk ədəbi dilində türlü şəklində işlənib “müxtəlif” mənasını
ifadə edir: Hesnâ Hanım mahzun kızı avutmak için türlü şaklabanlık-
lara başladı (Hüseyin R.Gürpınar); Onun şimdiye kadar kaç mecmu-
ada kaç türlü resmini görmüşümdür (Yusif Z.Ortaç) (70, 3217); Öteki
türlüsü yıkılış, aşınma, çöküş olurdu, halkı değerli bir malından yok-
sun bırakmak olurdu (128, 222). Türk ədəbi dilində “müxtəlif tərə-
|