ZabiTƏ teymurlu


   Qohumluq münasibətləri bildirən sözlər



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə27/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

2.1.   Qohumluq münasibətləri bildirən sözlər 
Qohumluq bildirən ortaq sözlər ən çox işlənmiş sahələrdən bi-
ridir. Azərbaycan dili şivələrində və türk ədəbi dilində qohumluq 
münasibətləri aşağıdakı ortaq sözlərlə ifadə olunur: 
Aqqa. Azərbaycan dili şivələrində “ata” (Saatlı, Zərdab), “yaşlı, 
nüfuzlu kişilərə edilən müraciət” (Quba, Saatlı) mənalarında işlənir:  
Aqqa, ağsaqqal kişilərə de:llər; Aqqa, doxdur gəlif inəx`lərə iynə vur-
mağa (Zərdab) (7, 17). 
Türk  ədəbi  dilində  “ümumiyyətlə  kənd  və  qəsəbələrdə  sözü 
keçən nüfuzlu, varlı kişilərə” ağa deyilir. Ağa xalq arasında hörmət 
sahibi  insanlara  müraciət  edərkən  adların  sonuna  əlavə  olunan 
xitab sözüdür: “Recep Ağa”. Hoca başını ümitsizlikle iki yana sallaya-
rak özür dilemiş, affedersin ağam demiş  (Mukbil  Özyörük);  Derviş 
Ağa galiba bir şeyler daha söylemek istedi (140, 278). Türk ədəbi di-
lində  yaşca  böyük  qardaş  ağabey  sözü  ilə  ifadə  olunur:  Mümtaz, 
ağabey dediği amcasının oğlu İhsan’ın hastalığından beri doğru dü-
rüst sokağa çıkmamıştı (Ahmet H. Tanpınar) (68, 38). Nailə Hacıza-
də ağa sözünün Azərbaycan dilində böyüklük, hörmət mənaların-
da bəzi xanımların adlarında (məsələn: Ağabegüm, Xanımağa, Ağa-



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin