Kar yağayı patulcuk Nerde kaldun Hatuncuk O gırmizi yanağa Takacağum altuncuk (Qaradəniz türküsü ) (80, 318). Xatun sözü Orxon-Yenisey abidələrində katun şəklində “arvad;
xaqanın arvadı” mənalarında öz əksini tapmışdır. Kül tiqin abidəsin-
də: “ögim katun, ulayu öglərim, əkələrim, kəlinünim, kunçuylarım, bunça yəmə tirigi kün boltaçı erti, ölügi yurtda, yolta yatu kaltaçı er- tigiz” (52, 68); Moyunçor abidəsində: “...Katunun anta altım.” (52,137);
Tonyukuk abidəsində: “...Katun yok olmıs erti...” (52, 119); “Kitabi-
Dədə Qorqud” dastanında da bu sözə təsadüf olunub: “...Dərsə xanın xatunı qayıtdı, gerü döndü” (43, 38). F.Ə.Şabanova qeyd edir ki, xa- tun sözünün ilkin mənası özünü yalnız müasir türk və qismən də
Azərbaycan dilində (xanım-xatın birləşməsində) qoruyub saxlamış-
dır. Digər türk dillərində isə bu söz qohumluq termini kimi çıxış edib
“arvad, qadın” mənalarını əks etdirir. O, “Oğuz-Səlcuq abidələrində
qohumluq terminləri” adlı tədqiqat işində adı keçən abidələrdə (Əh-
məd Fəqihin “Çarx-namə”, Şəyyad Həmzənin “Yusif və Züleyxa”əsər-
ləri, Sultan Vələdin səlcuqca şeirləri və “Dastani Əhməd Harami”
poeması) Azərbaycan dili üçün arxaikləşmiş xatun, qızoğlan kimi
qohumluq münasibətlərini əks etdirən terminlərə təsadüf edildiyini
yazır (56, 91). Türk mənşəli xatun sözünə fars dilində də təsadüf
edilir. Bu söz fars dilinə Nizami Gəncəvi vasitəsi ilə keçmişdir: Bə novkitiri hər xatun süvari, Füru dade ze ahu mərğzari (33, 42). Müa-
sir dilimizdə qadın (arvad) və xatın (qadın, xanım) sözlərinin ifadə
etdiyi anlayışlar fərqlidir.
Oymağ//oymax. Azərbaycan dilinin əksər şivələrində “nəsil,
tayfa” mənasında işlənir (7, 384): Bəzən oymağa diyillər Oruş-dar (Şəki); Oymaxnan dəngə bir işdənir (Ucar); İrvahımhajılı oymağın- nandı bu gədə (Tovuz). Oymağ sözünün “oba, kənd” mənası da qey-
də alınıb: Burda oymağ ayrı-ayrı kətdərə deyilir (Tovuz) (7, 384).
Şəkinin Baş Kəldək və Orta Zəyzid kəndlərində oymax sözü “nəsil”
mənasında işlənir (40, 180). M.Şirəliyev oymax sözünün Ağdam,
Qazax, Qarabağ şivələrində “bir neçə ailənin kənddən kənarda ya-
şadığı yer, kənd” mənasında işləndiyini qeyd edir. Müəllif oymax