rinin eltisi olur (Ağdam); Yaxşı elti bajı kimi olor (Borçalı); Axşam eltimgilə toya getmişdim (Qazax); Qəcəm də diyərux, elti də (Qax);
Züleyxanın eltisi yaman xoşxasiyyətdi (Göyçay); Eltisi gəlif, ümküsü eləmiycax hindi? (Şəki) (7, 151). Həmin leksik vahidə eyni mənada
Azərbaycan dilinin Tovuz şivəsində r>l əvəzlənməsi ilə təsadüf olu-
nur, Quba, Xaçmaz şivələrində isə ilti fonetik şəklində işlənir: Xacca mənim ertimdi. (Tovuz) (7, 151). Azərbaycan ədəbi dilində də elti sö-
zünə təsadüf olunub(7, 24).
Bu söz türk ədəbi dilində də elti şəklində işlənir və eyni mənanı
ifadə edir (75, 335): Annem eltisini hiç sevmezdi (Sâmiha Ayverdi)
(68, 842). Türkmən dili üçün də elti sözü səciyyəvidir (88, 213).
M.İslamov elti sözünü nigah qohumluğuna aid terminlərə aid edir
(40, 182).
Göbəx`. Azərbaycan dilinin Təbriz dialektində “tayfa” mənasın-
da işlənir: Qocabəyli göbəyi indi təxtəqapı olupdi (7, 185). Azərbay-
can dili şivələrində tayfa və nəsil məfhumunu bildirmək üçün müx-
təlif terminlərdən istifadə olunur. E.Əzizov bu barədə yazır: ”Respub-
likamızın ayrı-ayrı regionlarında tayfa və nəsil məfhumunu bildirən
tayfa, nəsil, təbəh, coğa, tabun, uruğ, uruğ-turuğ, toxum, tirə, dəngə, com, basalax, kök, oymax, ağrəbə, övlad, oba, göbək kimi sözlər xal-
qın tarixinin qədim dövrləri ilə səsləşir. Bu sözlərin əksəriyyətinin
türk mənşəli olması Azərbaycanda türk etnosunun yeri və tutumu
barədə əsaslı dəlil ola bilər...” (25, 120): Bizim köbəkdəndi Əli (Bi-
ləsuvar); - Olar bizim kökdəndi (Bakı, Xanlar, Qazax, Salyan). Qeyd
olunan nümunələrdəki köbək//kök sözləri“nəsil”mənasını ifadə
edir (7, 260).
Göbək leksik vahidi türk ədəbi dilində “nəsil, soykök” məcazi
mənada işlənir (75, 418): Temiz bir isim bir miktar dünyalıkla be- râber olursa âlâ; fakat züğürt evlâtlarda ancak bir, nihâyet iki göbek dayanabilir (Reşat N. Güntekin) (68, 1063). Qədim türkcədə köp, köv kökü“çoxluq, çoxalmaq, artmaq” mənalarını əhatə edir (80, 436).
İ.Z.Eyuboğlu buna əsaslanaraq göbek sözünün köp sözündən köb-e- k-köbek>göbek şəklində inkişaf yolu keçdiyini qeyd edir. Müəllif gö- bək sözünün mənasının “şiş, qabarıq, böyük, qabağa çıxan” sözləri ilə
ifadə olduğunu bildirir (80, 285). İlhan Ayverdi ise “Misalli büyük