ZabiTƏ teymurlu


   İnsanın bədən üzvlərinin adları



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə38/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

2.3.   İnsanın bədən üzvlərinin adları 
Bədən üzvlərinin adları dilin leksikasının ən qədim qatlarından 
birinə mənsubdur: 
Bağır. Azərbaycan dilinin Gəncə, Kürdəmir, Qax, Qazax, Mingə-
çevir, Şəki, Şəmkir, Şuşa şivələrində “qaraciyər”: Bağır kavavı yaxşı 
olur (Şəki); Qoyunun bağrınnan yaxşı kavaf yedix`;  Lət ürəx`də olsa 
öldürər, öhvədə olsa öldürər, bağırda olsa öldürməz, zayıf olar (Qazax); 
Ağdam, Cəlilabad, Füzuli, Kürdəmir, Quba, Şəki şivələrində “ürək, 


Azərbaycan dilinin dialekt leksikası 

 
37
 

 
qəlb” mənasında işlənir: Qorxudan unun bağrı yarıldı (Quba); İstidən 
bağrım çatdadı (Şəki) (7, 35). 
Bağrı yarılmaq (ölmək; bərk qorxmaq, dəhşətə düşmək), bağ-
rı çatlamaq (davam gətirməyib ölmək, ürəyi partlamaq; ürəyi bərk 
darıxmaq) frazeoloji birləşmələrə Azərbaycan ədəbi dili nümunələ-
rində də rast gəlinib: Bir çoxları qızın bağrı çatlamış olduğunu zənn 
edərək təəssüflənirdi (M.S.Ordubadi); Uşaq olmasaydı qızın bağrı çat-
lardı (M.S.Ordubadi);  Danışanda adamın gözünün içinə bir tövr baxır 
ki, az qalır adamın bağrı yarılsın (Ə.Haqverdiyev) (10, 200-201). 
Qədim türkcədə baγur şəklində işlənib. Uyğur dili üçün bağir 
şəkli səciyyəvidir. (108, 61). 
Türk ədəbi dilində bağır “qaraciyər; köks, qucaq; qəlb, ürək; iç, 
ön, orta; orta hissə (ox, yay və dağda)” mənalarını ifadə edir (75, 
100): Of of kemirir bağrımı of ince hastalık (Orhan V.Kanık). Bura-
da bağır sözü “ciyər” mənasında işlənib;  Bağrı çıplak, yalın ayaktı 
(Yakup K. Karaosmanoğlu). Burada bağır sözü “sinə” mə-nasında 
işlənib;  Bağrımda bir çalkanış, bir coşkunluk var  (Refik  H.Karay); 
Her yaz şimale doğru asırlarca bir koşu / Bağrımda bir akis gibi kal-
mış uğultulu (Yahya Kemal). Burada bağır sözü “qəlb, ürək, könül” 
mənasını ifadə edir (68, 255). 
Klassik ədəbi nümunələrin dilində də bağır sözü, əsasən, “ürək” 
mənasında çox işlənmişdir. Məs: Bağrıqaranın qaraldı bağrı (Xətai); 
Hicri bağrın qan edən gülbərgi – xəndanım hanı? (Füzuli) (48, 105). 
Qədim türk dilində bağır sözü “köks, ciyər, sinə; ağciyər; qara-
ciyər; ürək” mənalarında işlənib (103, 22). 
Sırt. Bu söz Azərbaycan dili şivələrində (Hamamlı, Qazax) “om-
banın  başı”  (Qazax);  “çiyin”  (Hamamlı)  mənalarını  ifadə  edir:  Bu 
moşəyi götü sırtına  (Hamamlı);  Bə:z adamlar oturanda sırtı ağre:r 
(Qazax) (7, 434). 
Sırt leksik vahidi türk ədəbi dilində boynun arxası ilə bel ara-
sındakı məsafə”ni ifadə edir (70, 2784): ...sırt üstü yatağına uzana-
rak  istirâhat ederdi  (126,  39).  Dilçilikdə  sırt  sözünün  üç  mənası 
qeyd olunur: 1.arxa 2.qıl, qalın qıl 3.dağın başı. Clauson birinci mə-
nanı ən qədim məna adlandırır. İkinci və üçüncü mənanın da birinci 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin