ZabiTƏ teymurlu



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə67/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

2.11.  Tikili adları 
Xan. Bu söz Azərbaycan dilinin Qazax dialektində “karvansara” 
mənasında işlənir: Atı xanda saxladım (7, 215). 
Han sözü türk ədəbi dilində “karvan yolları üstündə yoldan ke-
çənlərin, tacirlərin, qonaqların qalmaları üçün və heyvanlarının ge-
cələməsi üçün inşa edilən bina” mənasını ifadə edir: Şu geniş yalak-
lardan birinde atlarını sularlardı ve şimdi yok olmuş hanlardan birine 
bineklerini ve heybelerini bırakırlardı  (Ruşen E.Ünaydın) (69, 1169); 


Zabitə Teymurlu 

 
60
 

 
Buna apartmanlar kalmış, hanlar, hamamlar... (138, 143). Türk ədə-
biyyatında N.F.Kısakürəyin “Han duvarları” şeiri çox məşhurdur. İ. 
Z.Eyuboğlu han sözünün “heyvanların bağlandığı yer; koyun hanı, 
deve hanı” mənalarını da qeyd edir (80, 314). 
Fırnı. Azərbaycan dili şivələrində (Bolnisi, Borçalı, Qazax, To-
vuz) “təndir” mənasında işlənir: Onu qavaxcan daşnan hörüllər, fır-
nıyı hörüllər (Borçalı) (7, 171). 
Bu söz türk ədəbi dilində “üstü qapalı, ancaq önü açıq olan bi-
şirmə yeri; qaz peçi” mənalarını ifadə edir: Ekmek fırını, tuğla fırı-
nı, seramik fırını, çini fırını və s.: Evlerden gelen tepsiler fırında yarım 
saat dururdu (Ömer Seyfettin) (68, 953); Çinili Fırın’ın önünden ge-
çerken bir parça durakladı ve içeri girdi (128, 106). 

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin