ZabiTƏ teymurlu



Yüklə 1,53 Mb.
Pdf görüntüsü
səhifə92/145
tarix02.01.2022
ölçüsü1,53 Mb.
#46648
növüDərs
1   ...   88   89   90   91   92   93   94   95   ...   145
Zabite Xanim Design SONUNCU 20192 (1)

 
 


Zabitə Teymurlu 

 
76
 

 
III FƏSİL 
AZƏRBAYCAN DİLİ DİALEKTLƏRİNDƏ ƏLAMƏT, 
KEYFİYYƏT VƏ HƏRƏKƏT BİLDİRƏN SÖZLƏR 
3.1.   Əlamət və keyfiyyət bildirən sözlər 
Əşyanın əlamətini və ya keyfiyyətini bildirən nitq hissəsi sifət 
adlanır. Sifətlər konkret lüğəvi mənasına görə də əlamət və keyfiy-
yət bildirdiyi kimi, ümumiləşmiş qrammatik mənasına görə də əla-
mət və keyfiyyət bildirir. Əlamət dedikdə əşyanın zahiri görkəmi, 
keyfiyyət dedikdə isə onun daxili xüsusiyyəti nəzərdə tutulur. Əş-
yanın həcmi, zahiri görkəmi onun əlamətidir. Əşyanın daxili xüsu-
siyyəti, yəni dadı, xasiyyəti, vərdişi, mənəvi cəhətləri onun keyfiy-
yətidir. 
Ümumiyyətlə, Azərbaycan dilinin dialekt leksikasının mühüm 
hissəsini türk mənşəli sözlər təşkil edir və bu qəbildən olan sözləri 
aşkar etmək əhəmiyyət kəsb edir. Həmçinin Azərbaycan dili dialekt-
lərində ərəb, fars dillərindən alınma əlamət və keyfiyyət bildirən 
sözlər də aşkar edilib. Azərbaycan dilinin Hamamlı şivəsində “na-
haq” mənasında işlənən ərəb mənşəli nafilə sözünə digər oğuz qru-
pu türk dillərindən türk ədəbi dilində də “boş, faydasız, işə yarama-
yan; boş yerə” yaxın mənalarına təsadüf edilib. Azərbaycan dili dia-
lektlərində və türk ədəbi dilində eyni mənanı (axmaq, sərsəri) ifadə 
edən ərəb mənşəli avdal, budala sözləri bu gün hər iki dildə fərqli 
mənalarda işlənir. 
Əlamət və keyfiyyət bildirən türk mənşəli ortaq sözlər cərgə-
sindən dənsiz, xırsız sözlərini nümunə göstərə bilərik. Bu sözlər hər 
iki dildə, yəni türk və Azərbaycan dillərində yaxın mənalı söz kimi 
qeydə alınıb. 
Azərbaycan dili dialektlərində və türk ədəbi dilində ortaq iş-
lənən  bəzi  əlamət  və  keyfiyyət  bildirən  sözlər  Azərbaycan  ədəbi 
dilində fərqli məna ifadə edə bilir. Məsələn, Azərbaycan dilinin Qa-
zax dialektində təsadüf etdiyimiz alçax sözü “sadə” mənasında işlə-
nən keyfiyyət bildirən sifətdir. Bu sifət türk ədəbi dilində də eyni 



Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin