və hamilə qadınlara, xəstələrə hörmət edərək, onları müxtəlif təhlükələrdən
Kütləni, nəinki oğrulardan, cibgirlərdən, narkomanlardan, həmçinin
qəzalardan, güclü təsirə malik olan zəhərləyici, radioaktiv maddələrin
təsirindən qorumaq lazımdır, təhlükəsizliyi təmin edilməlidir.
13. İnsanların fəaliyyət mühitində təhlükə, müxtəlif qəzalar yaradan,
hansı radioaktiv – təhlükəli obyektlər mövcuddur?
13.1 Radioaktiv təhlükə kəsb edən ən qorxulu obyektlər hansılardır?
Radioaktiv təhlükəli sənaye obyektlərdən uran filizlərinin əldə edilməsi
mədənləri, xüsusən nüvə silahında istifadə olunan zənginləşdirilmiş urandır.
Bildiyimiz kimi uran filizi 0.0155% U-235, 0.07% U-233 və 98% U-238,
həmçinin müxtəlif qarışıqlardan ibarətdir. Eyni zamanda nüvə silahında
yalnız U-235, U-233 və PL-239 izotoplarından istifadə olunur. Termonüvədə
isə onlardan başqa deyterium D
2
və tritium D
3
istifadə edilir. Bu məhlullarla
işləyən obyektlərdə qəza baş verərsə əhalinin həyatı üçün ən böyük radiasiya
təhlükəsi yarana bilər.
Dostları ilə paylaş: