13.4 Radioaktiv, kimyəvi və bioloji tullantılar saxlanılan obyektlər
hansı təhlükəni kəsb edir?
- Radioaktiv obyektlərdə qəza baş verdikdə, təbiətə radioaktiv, kimyəvi
maddələrin tullanılması təhlükəsi yaranır. Müxtəlif radioaktiv avadanlıqların
sıradan çıxması nəticəsində ətrafa bərk, maye və kristal halında tullantıların
yayılması baş verir.
- Kimyəvi zəhərləyici maddələr torpağa, suya və müxtəlif xammala, ərzaq
məhsullarına təsir edərək, meterioloji şəraitdən asılı olaraq 10-30 gün ərzində
insanlara, təbiətə təsir göstərə bilir.
- Bioloji təhlükə mikrobların, virusların, bakteriyaların ərazidə müxtəlif
epidemiolji xəstəliklərin uzun müddətli və geniş miqyaslı yayılması
nəticəsində əmələ gəlir. Bu ərazidə, adətən təhlükəsizliyi təmin etmək
məqsədilə “karantin
”
yaxud
“observasiya” ciddi rejimləri tətbiq
edilməlidir.
Hal - hazırda “Ebola” virusu xəstə ilə kontakda olduqda əmələ gəlir. Bəzi
yoluxucu xəstəliklərin müalicəsi üçün peyvəndlər mövcud deyil. Uzun
müddət idi ki, vəba, qara yara, xolera və digər xəstəliklər müalicə
olunmurdular, ancaq bu gün onlar müalicə olunurlar.
Dostları ilə paylaş: |