Mühazirə 1 İnformatika və onun əsas anlayışları


kompüterdə  0  və  1  rəqəmlərindən  istifadə  olunur



Yüklə 324,19 Kb.
Pdf görüntüsü
səhifə12/15
tarix02.01.2022
ölçüsü324,19 Kb.
#46844
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   15
MUH-1

kompüterdə  0  və  1  rəqəmlərindən  istifadə  olunur.  Kompüterdə  gedən  bütün 

əməliyyatlar bu kodlar vasitəsi ilə aparılır. 

Kompüterə  daxil  olan  bütün  növ  informasiyalar  müəyyən  qaydalar 

çərçivəsində 0 və 1-lərlə ifadə olunur. Bu qaydalardan (standartlardan) ilk dəfə 

olaraq  tətbiq  olunanı  ASCII  (Amerikan  Standart  Code  for  İnformation 

İnterchange  -  informasiya  mübadiləsi  üçün  standart  Amerika  kodu)  kodlaşdır-

masıdır. ASCII sistemində bütün simvollar (hərf, rəqəm və digər işarələr) 8 ədəd 

“0” və “1” rəqəmləri ilə kodlaşdırılır. Məsələn: ASCII - də “A” hərfı 01000001 

şəklində,  “B”  hərfi  isə  01000010  şəklində  kodlaşdırılır.  Bu  isə  o  deməkdir  ki, 

ASCII sistemi ilə işləyən kompüterdə AB yazsaq, yaddaşda 0100000101000010 

şəklində sıfır və birlər ardıcıllığı saxlanılacaq. 

Baxdığımız  0  və  1-lərdən  ibarət  bu  kodlaşdırma  “ikilik  kodlaşdırma” 

adlanır və bütün kompüterlər ikilik kodlaşdırma ilə işləyir. 

Kodlaşdırma zamanı istifadə olunan digər bir standart isə ISO (Beynəlxalq 

Standartlaşdırma  Təşkilatı)  tərəfındən  hazırlanan  UNICODE  sistemidir  ki, 

burada bütün simvollar 16 ədəd 0 və 1-lərlə kodlaşdırılır. Bu sistemin yaranması 

sayəsində bütün ölkələrin əlifbasını sıfır və birlərlə kodlaşdırmaq mümkün oldu. 

Məsələn  Azərbaycan  əlifbasında  olan  “Ə”  hərfi  ASCII  sistemində  özünə  yer 

tapmamışdı, 2001-ci ildən Azərbaycan əlifbası üçün simvol kodlaşdırmaları və 



klaviatura düzümü müəyyən edildi. ASCII sistemində 8 ədəd 0 və 1-lər istifadə 


 

olunduğuna  görə  sadəcə  256  (2



8

)  simvol  kodlaşdırıla  bilirdisə,  UNICODE 

sayəsində  65536  (2

16

)  simvol  kodlaşdırmaq  mümkün  oldu.  Hazırda  bütün 



dünyada UNICODE standartı tətbiq olunur. 

 


Yüklə 324,19 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin